Ev sahibi olmaq üçün gəlirlərinizi hesablayın

0
1852
Ev sahibi olmaq üçün gəlirlərinizi hesablayın

Pul yığmaq, yığılan pulları sərmayəyə çevirmək hər kəsin xəyalıdır ... Tutulan hər arzuda, kənara qoyulan hər pulda bir ev sahibi olmağı arzulamayan neçə nəfər var ki? Əvvəllər kənara pul qoymaq və pul yığdıqdan sonra istifadə etmək indikindən daha asan idi. 

İndiki dəyişən iqtisadi şərtlər bunu çətinləşdirir. Bəs nə etmək lazımdır? Necə mənzil sahibi olacağıq?

Əgər lotoreyadan pul udmamısızsa, heç vaxt görmədiyiniz dayınızdan miras qalmayıbsa, kirayə-təhsil və həyat xərcləri ilə gəliriniz arasında qalan məbləğ uzun illər pul yığmağınızın vacibliyini göstərirsə, ev sahibi olmaq üçün mənzil krediti almaqdan başqa bir yol görünmür ... Bu o qədər də qorxuducu bir son deyil ... Düzgün bir məsləhət xidməti alaraq büdcənizə uyğun evi seçə bilərsiniz ...

Mənzil üçün kredit almaq üçün bəzi nüanslara diqqət yetirmək lazımdır:

1 - İnternetdə mənzil kreditləri ilə bağlı çox məlumat var. Bunların hamsına baxmaq sadəcə başını qarışdırar. Çünki yazılanlar nə qədər cazibədar olursa olsun, mənzil krediti üçün əhəmiyyətli olan sizin büdcənizdir. Qısaca ilk öncə gəlirinizin nə qədərini kreditin ödənişinə ayıra biləcəyinizi yaxşı bilməlisiniz.

2 - Mənzil kreditlərini araşdırmağa başlamazdan əvvəl, yaxşı bir ailə büdcəsi hazırlamaq lazımdır. Sabit xərclərinizi, gözlənilməz məqamalar üçün ayırdığınız xərcləri və həyat standartınızından nə qədərlik bir güzəşt verə biləcəyinizi yaxşıca ölçüb biçməlisiniz.

3 - Bu gün bir iş sahibi ola bilərsiniz. Amma çalışanlar üçün hər zaman bir risk var. İflas, işini itirmək, ödəniş nizamsızlığı və bənzəri vəziyyətlər. Aylıq kredit miqdarınızı təyin edərkən bu və bənzəri risklər qarşısında ödənişlərinizi necə edə bilcəyinizi düşünməlisiniz.

4 - İpoteka krediti şərtləri banklara görə fərqlilik göstərir.Buna görə də yaxşıca araşdırın. 

Nə kredit götürürsünüzsə götürün. Bazarı yaxşıca araşdırın. Bu əsas şərtlərdəndir.

 

ŞƏRH YAZIN