Gələcəyimiz Və Potensiallarımız

0
3996
Gələcəyimiz Və Potensiallarımız

İnsanları ən çox maraqlandıran ancaq sadəcə əlində  olanlarla kifayyətlənib boşluqları doldurmağa çalışdığı şeydir GƏLƏCƏK. Bir insanın astrologiyasına baxdığımız zaman belə hər zaman ehtimallar vardır amma  tutuna biləcəyimiz dəqiq bir şeylər yoxdur. Bizlər də hər zaman fani həyata həddən artıq bağlı olduğumuz üçün hər zaman sübutlar və dəqiqliklər axtarırıq özümüzdə.Bəzi insanlar falçılara, bəziləri isə astroloqlara müraciət edirlər. Çox qəribədir ki, hər zaman qarşımızdakı insandan bizim istədiklərimizi eşitmək istəyirik. Pul verərək öz istədiklərimizi eşitmək qəribə hissdir ... Belə qəribədir insan oğlunun daxili  ... Kimisi həyat eşqli, həyatda əlində olanlarla barışıqdır, kimisinin daxili dünyası qarmaqarışıq, kinli biridir. Bəzən içimizdən gələn daxili səsəimiz belə özümüzə yad biriymiş kimi gəlir.Əslində tam olaraq hərtərəfli müəyyənləşdirilən gələcəyimiz yoxdur. Biz isə çox vaxt bəzi şeylərin məsuliyyətindən yayınmaq üçün qisətimiz belədir deyib o işdən əlimizi üzürük. Bizim gələcəyimiz bizdən asılı olaraq dəyişkəndir. Qismətdir deyə biləcəyimiz bəzi nüanslar vardır təbiiki .Onlar biz doğulmamışdan öncə təyin edilmiş bəzi şeylərdir. Məsələn bir insan düşünək, onun qismətinə 3 kitab yazmaq, ailə sahibi olmaq və 2 uşağı olmaq kimi şeylər yazıla bilər. Hər kəsin bu kimi qismət və taleləri fərqlidir. Amma bir nöqtədən digərinə gediş yollarımız tamamən bizim iradəmizdə olan bir şeydir. İnanc dəyişikliyini bəzi şüuraltı texnikalarla dəyişdirməyimiz mümkündür. Bunu adi gündəlik həyatımızda da edə bilərik. Məsələn , övladımız həddən artıq nadinclik edib bizim səbrimizi daşdıra bilər və bu zaman biz onu sakitləşdirmək( “ağıllandırmaq”) üçün avtomatik olaraq əl qaldırmaq istədiyimiz zaman “bu hərəkət mənə yaraşmaz, bu hərəkət mənə aid olan bir şey deyil” kimi sözlərlə dispilinimizi yarada bilərik. Bunu əvəzinə övladlarımıza sadə dil ilə etdiyi hərəkətin yalnış olduğunu izah edərək onu həm düzgün şəkildə tərbiyə edə bilər, həm də keçmişdə olan tərbiyə üsulunu (gördüklərimizi , eşitdiklərimizi ) dəyişdirmiş ola bilərik. 

Nəhayyət, hər gün etdiyimiz hərəkətlər, hisslər, seçimlərimizlə gələcəyimizi formalaşdırırıq. İçində olduğumuz hisslər görəsən sevgi, xoşbəxtlik kimi hisslərdir yoxsa nifrət, qorxu, narahatlıq kimi hisslərdir? Hansı hisslərin içindəyiksə maqnit kimi kainatdan bənzər hissləri özümüzə çəkdiyimiz üçün gələgcək həyatımızda o  hissləri bol-bol yaşayacağımız şübhəsizdir. Özümüzün öz paralaq gələcəyimizi yaratmağımız öz əlimizdədir. Elə indi başlayın ürəkdən arzuladığınız, xəyallarını qurduğunuz şeyləri bolluca düşünməyə. Hər birimiz bu dünyada ən yaxşı olanlara layiqik. Arzularınıza ürəkdən inanın və bunlar mütləq reallaşacaqlar...


 

ŞƏRH YAZIN