Həyatımızı Kökündən Dəyişdirən Yoxlar

0
9748
Həyatımızı Kökündən Dəyişdirən Yoxlar

Bir gün "hə" deməkdən yoruldum və "yox" deməyi sınadım. Bir az qorxaraq, bir az ürkərək, nəticəsini təxmin edə bilmədən və nə olacağını belə bilmədən alışılmışın əksinə olaraq, mənə uzadılmış bir loxma yeməkdən "yox" deyərək imtina etdim. Əslində bu çox sadə və asan görünə bilər, bunun öhdəsindən gəlmiş insanlar tərəfindən. Lakin mənim üçün bu çox çətin olmuşdu. Müəyyən bir zamana qədər ətrafımda olan bütün insanlara "hə" cavabı verdim. "Hə" deməyi çox xoşlayırdım. Ailəmə, dostlarıma və yaxınlarıma "hə" demək məni daha da xoşbəxt edirdi. Çünki onlar məndən kömək istəyirdilər, mən də hə deyərək onların istəklərini yerinə yetirirdim.. Çox xoşbəxt idim,çünki hə deyərək onların sevgisini və diqqətini qazana bilirdim, yəni onların ağlında olurdum, amma bilmirdim ki, bu, onlara hə dediyim müddətcə olur. Bir gün hə deməkdən yoruldum, çünki hə dediyim müddətcə mən yox idim, meydanda bir mənlik, insan yox idi. Başqalarının dediyini edən, onları təsdiqləyən, onları razı və xoşbəxt etməyə çalışan bir varlıq vardı. Bir gün "yox" deməyi sınadım. Bir az qorxaraq, bir az ürkərək, nəticəsini təxmin edə bilmədən və nə olacağını belə bilmədən alışılmışın əksinə olaraq, mənə uzadılmış bir loxma yeməkdən "yox" deyərək imtina etdim. Əslində bu çox sadə və asan görünə bilər, bunun öhdəsindən gəlmiş insanlar tərəfindən. Lakın mənim üçün bu çox çətin olmuşdu. "Yox, çox sağ olun, yemirəm". Qarşımdakı, həmişə hə deyən, hər şeyi qəbul edən və təsdiqləyən məni eşitmədi, çünki öyrəşmişdi mənim hər şeyi qəbul etməmə. Əvvəlcə təəccübləndi: Axı sən bunu çox xoşlayırdın, həmişə yeyirdin. Nəsə olub, xəstələnmisən? Halbuki mən ürəyimdə hə deyirdim ; məni sevməyin üçün, məni dost olaraq qəbul etməyin üçün, həmişə yanında olmağım üçün, yox desəm bir də məni dost kimi qəbul etməyəcəyinə qorxduğum üçün və s. və i. "YOX" DE və ÖZÜN OL Həyatımızı dəyişdirən yox cavabları hamımızın ən çox qarşılaşdığımız vəziyyətlərdir. Yox deməklə o insanları həyatımızdan uzaqlaşdırmırıq, yox etmirik və özümüz də yox olmuruq. Əslində özümüzü tapırıq, bizim istəklərimiz, sevgimiz, hörmətimiz, özümüzə olan güvənimiz formalaşır. Əlbəttə bunu heç kəsi üzmədən, qəlbini sındırmadan, hər istədiyimizi edə biləcəyimiz kimi başa düşmədən etmək lazımdır. Unutmayaq ki mən bir şəxsiyyətdir, insanların sevgisini qazanmaq üçün davamlı olaraq onları təsdiqləmək, onların hər istədiyinə hə demək bir müddət sonra bizi bədbəxtliyə aparacaq, bizə narahatlıq gətirəcək. Çünki bizim bütün "hə"lərimiz insanlara kifayət etməyəcək, və daim bizdən nə isə istəyən bir hala gələcəklər. Yalnız qalmamaq, diqqət görmək üçün dediyimiz "hə"lər bir müddət sonra bizi fiziki olaraq xəstə vəziyyətinə salacaq. Daşıya biləcəyimizdən daha çox yük çiyinlərimizdən asılacaq, məsuliyyətimiz artacaq və biz buna dözə bilməyəcək vəziyyətə düşəcəyik. MEHRİBANLIQLA DOLU ƏZMLİ "YOX"LAR Fövqəladə varlıq olan daxilimizdəki bitməz enerji ilə çox dərinlərdə o mütləq enerjinin zərrələrini daşıyan bizlər o qədər mükəmməl varlıqlarıq ki... Gəlin, öz dəyərimizi bilmədən, özümüzlə apardığımız mübarizədə məğlub olmayaq. Mövcuduq, yaşayırıq, sadəcə nəfəs almırıq, istəklərimiz, düşüncələrimiz, duyğularımız, hislərimizlə bir tam təşkil edirik. Yox deməklə heç kəsi sındırmırıq, sadəcə qarşımızdakı şəxsin məsuliyyətini yadına salırıq. Yox deməklə ( istəmədiyimiz şeyə) biz heç kəsi itirməyəcəyik. Əksinə özümüzə qarşı hörmət və sevgi qazanacağıq. YOX DEMƏK SİZDƏ ÖZÜNÜZƏ İNAM YARADACAQ və ÖZÜNÜZÜ TANIYACAQSINIZ Eqoist olmayan, heç kəsin qəlbini sındırmayan, üzməyən, öz istəklərimizin olduğu bütün yoxlar bizə xoşbəxtlik və sakitlik gətirəcək. Lakinunutmamalıyıq ki, yox deməklə kömək etməmək eyni şey deyil. Kömək etməyin də sərhədləri olmalıdır. Yəni hər köməyə də hə deməməliyik. İşi daha çox mənimsəmiş insanların yox deməsi daha çox önəm daşıyır. Onların illərlə davam edən iş həyatı, indi gəldiyi yerlər, təcrübələri, vəziyyəti dəyərləndirə bilmələri yox deməyə daha uyğun ola bilir. Əzmlə söylənmiş yox cavabı daha təsirli olur. Yəni siz yox dediyiniz mövzudan əminsinizsə, özünüzə inanırsınızsa, bir az da sonu görə bilirsinizsə(hissi olaraq) bu daha təsirli olacaq. Buna isə zamanla və təcrübələrlə çatmaq olar. Çünki zamanla kobud yoxlar daha mehriban, sevgi dolu söylənilir və nəticədə daha təsirli olur və daha anlayışla qarşılanır.

 

Tərcümə etdi : Sara Məmmədova 

ŞƏRH YAZIN