İnsan Olmağın Qanunları

0
2585
İnsan Olmağın Qanunları

1.BİR BƏDƏN SAHİBİ OLACAQSINIZ. Sevə bilərsiniz, sevməyə bilərsiniz. Amma həyatınızın sonuna qədər o, sizinlə olacaq.
2.DƏRSLƏR ÖYRƏNƏCƏKSİNİZ. Rəsmi olmayan amma hər gün tam zamanlı qatılmanız lazım olan bir məktəb var: Həyat. Bu məktəbdə hər gün yeni bir şey öyrənmə şansınız var. Öyrəndiyiniz dərsi sevə bilərsiniz, ya da əlaqəsiz və ya axmaqca tapa bilərsiniz.
3.XƏTALAR YOXDUR, DƏRSLƏR VARDIR. Böyümə, yetkinləşmə davamlı bir yoxlama-yanılma və təcrübə müddətidir. "Müvəffəqiyyətsiz" olan təcrübələr də çox müvəffəqiyyətli olan təcrübələr kimi müddətin bir parçasıdır.
4.BİR DƏRS ÖYRƏNİLƏNƏ QƏDƏR TƏKRAR EDİLƏR. Bir dərs müxtəlif şəkillərdə və siz öyrənənə qədər təkrar təkrar önünüzə gələcəkdir. Ancaq öyrənincə yeni dərsə keçilər.
5.ÖYRƏNİLƏCƏK DƏRSLƏR TÜKƏNMƏZ. Həmişə yeni bir şey vardır öyrəniləcək və siz yaşadıqca da davam edər. Bir gün gələcək bitəcək deyə bir şey yox.
6.İNDİ BURADAKINDAN DAHA YAXŞI BİR ŞEY YOXDUR. Qonşunun toyuğunu qaz görə bilərsiniz. Həmişə qazın arxasından qaça bilərsiniz, amma hər yer belə qazlarla doludur. Bu sizi xoşbəxtliyə aparmaz.
7.DİGƏRLƏRİ SİZİN AYNADAKI BİR ƏKS OLUNMANIZDIR. Birini sevməniz ya da nifrət etməniz, ancaq sizdəki sevdiyiniz ya da nifrət etdiyiniz bir şeyi əks etdirməsiylə mümkün ola bilər.
8.HƏYATINIZLA NƏ EDƏCƏYİNİZ TAMAMİLƏ SİZİN ƏLİNİZDƏDİR. Bütün vasitə və qaynaqlar sizə verilib, onlarla nə edəcəyiniz tamamilə sizə qalıb. Seçim sizindir. Şikayət mi edərsiniz, şükür mü? Düşüncə ayağa qalxarsınızmı, düşdüyünüz yerdə çaxılıb qalarsınızmı? Hamısı sizə qalıb.
9.BÜTÜN CAVABLAR SİZDƏDİR. Yetər ki, siz özünüzə soruşmağa və dinləməyə hazır olun.

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN