Kişilərin evlənmək istədiyi qadın tipləri

0
3515
Kişilərin evlənmək istədiyi qadın tipləri

Hər bir qadın evlilik yaşına çatanda xəyallarının kişisi ilə qarşılaşmaq istəyir. Bəs həmin kişi ilə qarşılaşdıqdan sonra evlilik təklifini daha tez almaq üçün necə davranmaq lazımdır? Kişilərin ciddi münasibət qurub evlənmək istədiyi qadın tipləri haqqında məlumatı təqdim edirik:

Güclü qadın olun! Öz həyatınız olmalıdır və öz ayaqlarınız üzərində durmağı bacarmalısınız. Sevdiyi kişiyə görə, sosial həyatından imtina edən qadınlar güclü qadın imici yarada bilməz. Bütün vaxtınızı bir insana xərcləməli deyilsiniz. Yaxın dostlarınıza və ailənizə vaxt ayırın.

İlk addımı siz atmalı deyilsiniz! Əslində, bu, çox müzakirə olunan məsələlərdən biridir. Lakin nəticə eynidir. Buna görə “qaçanın arxasınca düşərlər” məsəlini yaddan çıxarmayın. Əgər ilk addımı ataraq ilk görüşü siz təyin etsəniz, sizinlə həqiqətən maraqlandığını və ya fürsətdən istifadə etmək istədiyini heç vaxt öyrənə bilməyəcəksiniz.

Seksual olun! Sevginizin çiçək açdığı ilk günlərində nə çox utancaq olmalı, nə də ki, çox açıq olmasınız. Həddindən ziyadə açıq geyim geyinmək olmaz. Çünki o sizi ciddi bir xanım kimi qəbul edə bilməyəcək.

Dəyər verdiyinizi göstərin! Onunla maraqlandığınızı, ona dəyər verdiyinizi sübut etmək üçün bahalı hədiyyələr almaq lazım deyil. Gündəlik işlərdə ona bacardığınız yardımı edin və xoş davranın. Bu kişilər üçün ən böyük hədiyyədir.

Ona dəstək olun! Dostlarının ya rəhbərinin yanında onu tərifləyin, hər zaman dəstək olun. Etdiyi zarafatlara hər zaman gülümsəyin.

Təzyiq göstərməyin! Güclü cinsin nümayəndələrinə təzyiq göstərmək olmaz. Yoxsa onu ən qısa zamanda itirməyə hazır olun. Gün ərzində onu axtara və ya gələcəyə dair planlar qura bilərsiniz. Ancaq bu kimi davranış və hərəkətlər kişinin sizdən uzaqlaşmasına gətirib çıxara bilər. Hər şeyi ona demək məcburiyyətində deyilsiniz, sizinlə görüşmək üçün özü onsuz da planlar quracaq. Əlbəttə ki, sizi həqiqətən sevirsə...

Hər şeyi bağışlamayın, çox güzəştə getməyin! Sevdiyiniz kişiyə dəyər vermək, hər zaman dəstək olmaq gözəldir. Ancaq bu, o demək deyil ki, onun bütün səhvlərini və diqqətsizliyini bağışlaya bilərsiniz. Məqsəd və istəklərinizi hər zaman güzəştə getməyin. Səhv hərəkətlərini də görməzdən gəlməyin, bunları oturub sakit şəkildə müzakirə edin. Əgər aldatdığı halda sizin onu bağışlamaycağınızı bilsə, xəyanət etməkdən qorxacaq və sizə daha çox hörmət edəcək.

Ən yaxşını seçin! Hər zaman dürüst və güvənilən insanlara qiymət verdiyinizi bilməlidir. Həyatınızda ancaq yaxın insanlara yer verdiyinizi hiss etdirin. Siz ona hara getdiyinizi yalan desəniz, ondan da eyni davranışı gözləyə bilərsiniz.

Eşq qadını olun! Evlilik üçün əsas bağlılığın sevgi olduğunu düşünürsünüzsə, onun da bunu hiss etməsini təmin edin. Onunla pul, inam, ya da şöhrət üçün birlikdə olmadığınızı hiss etdirin. Beləcə onun sizə inamı daha da artacaq.

 

ŞƏRH YAZIN