Niyə Zəngin Ola Bilmirik?

0
3670
Niyə Zəngin Ola Bilmirik?

Zəngin şəxslərdən nəyimiz əskikdir?

Niyə onlar davamlı irəlilədikcə biz yerimizdə sayırıq?

Niyə mənim, sənin, onun hələ də $1.000.000 pulu yoxdur?

Bunun səbəblərini aydınlaşdırmağa və arzularımızı həyata keçirməkdə bizə mane olan maneələri aradan qaldırmağa çalışaq.

Birinci səbəb: mən heç vaxt varlı olmaq haqqında düşünməmişəm

Əksər hallarda insanlar ümumiyyətlə nə vaxtsa zəngin olacaqları haqqda heç düşünmürlər də. Əgər onlar bu haqqda düşünsəydilər, müəyyən tədbirlər görəcək, cəhdlər edəcək və zənginliyə bir addım daha yaxınlaşacaqdırlar.

Heç kəs sizə nəyə nail ola, nəyəsə nail ola bilməyəciyiniz haqqında heç nə deyə bilməz. Bizim hər birimiz istədiyinə nail ola bilər.

İkinci səbəb: imkanlarla istəklər üst-üstə düşmür

Yəqin ki, bir çoxumuz nə vaxtsa zəngin olacağımız haqqında planlar qurur, bu planları ətrafımızdakılarla bölüşürük. Lakin planlarımızın həyata keçməsi üçün heç nə etmirik. Arzularınızın arxasıyca gedin.

Üçüncü səbəb: Təxirə salmaq

“Yeni ildən mən yeni həyata başlayacağam!”, “Sabah mən mütləq idmanla məşğul olacağam!”, “Bazar ertəsindən etibarən yeni iş axtarmağa başlayacağam!”. Unudun. Sabahlar günlərlə, həftələrlə, aylarla davam edə bilər. Bu gün, elə bu anda öz istəklərinizi həyata keçirməyə başlayın.

Dördüncü səbəb: Başlayıb qurtarmamaq

Bəzən seçdiyimiz yolda sonuna qədər irəliləmək üçün bizim səbrimiz çatmaya bilər, vaxtından tez təslim ola bilərik. Halbuki bir az da yol qət etsəydiniz, hər şeyə nail olacaqdınız.

Başladığınız istənilən işi sonuna qədər yerinə yetirin.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN