Özgüvən Nədir ? Azlığında Nələr Baş Verir Və Öhtəsindən Necə Gəlinir ?

0
7944
Özgüvən Nədir ? Azlığında Nələr Baş Verir Və Öhtəsindən Necə Gəlinir ?

 

Sahib olduğunuz özgüvən sayəsində həm iş həm də şəxsi həyatınızda əmin addımlar ataraq müvəffəqiyyətlərə nail ola bilərsiniz.
 
Özgüvən , insanın özünü dərketməsi , dəyərləndirməsi , öz xüsusiyyətlərini şərh edə bilməsidir.Şəxsin nailiyyət, xoşbəxtlik sahələrində razılığı və özünə olan hörmətidir. Sahib olduğunuz özgüvən sayəsində istər  iş , istərsə də şəxsi həyatınızda əmin addımlar ataraq böyük  nailiyyətlərə imza ata bilərsiniz .
 
Özgüvən əskikliyi evdə, məktəbdə baş  verən xoşagəlməz hadisələr sayəsində ortaya çıxır.İnsan cəmiyyət içində özünü yetərsiz, bacarıqsız və cılız mövqedə görür. Mənfi təcrübələrə yiyələnmiş insan özünü  sərt şəkildə  mühakimə edir .
 
İnsanın özünü  dərk etməsi kiçik yaşlarından başlayır.Hələ uşaq ikən davranışlarımıza və dediyimiz sözlərə görə valideynlərimizdən razılıq gözləyir və aldığımız cavaba görə özümüzdəki dəyəri mənimsəyirik.  Məhsuldarlığımıza , yerinə yetirdiyimiz tapşırıqlara , imtahandan aldığımız qiymətlərə, yaşıdlarımız arasındakı davranışlarımıza görə xoş söz, qayğı, hörmət gördükdə bu özünü paralel şəkildə özgüvənimizdə hiss etdirir.  Əks təqdirdə daxilimizdə narazılıq yaranır və bütün ömrümüz boyu  özümüzdən razı qalmırıq.
 
Həmişə tənqid edən , etdikləri işi əhəmiyyətsiz hesab edən , həddindən artıq tələbkar valideynlərə  sahib olan uşaqlarda , psixoloji və cinsi təcavüzə məruz qalmış , əngəlli insanlarda özgüvən səviyyəsinin aşağı olduğu görünür.
 
Özgüvən azlığı olan insanlarda görülən əlamətlə:
·Tənqidi qəbul etməmək
·Özünü  və xarici görünüşünü bəyənməmək
·Həddindən artıq çəkingənlik
·“Xeyr” deyə bilməmək
·Başqalarını günahlandırmağa meyillilik
·Qərar verərkən çəkinlik çəkmək
·Özü haqqında mənfi düşüncələrə sahib olmaq
·Ümidsizlik duyğusuna qapılmaq
 
Bəzən özgüvən əskikliyinə sahib olan insanların dəyişə bilmədiyi və hər zaman həyatlarından narazı qaldıqları deyilsədə,  bu hecdə belə deyil .Müxtəlif müalicə üsulları ilə insan öz gücünün fərqinə vara , dünyagörüşünü dəyişə və özü haqqında müsbət  fikirlərə sahib ola bilər .
 
Özünəinamın itirilməsində tətbiq olunan tövsiyyələr
·Pozitiv və özünüzü yanında rahat hissedə biləcəyiniz dostlar tapmaq
·Məqsədlərini və etmək istədiklərini dəqiqləşdirmək
·Öz potensialının fərqinə varmaq
·Özünü mükafatlandırmaq
 
Ərtafınıza baxdıqda özünü sevməyən , həmişə günahlandıran , başqaları ilə münasibət qura bilməyən insanların olduğunu görə bilərsiniz .Hər kəsin mənliyi bir birindən fərqlidir .
 
Həm iş , həm də şəxsi həyatında özünə inanan , potensialının fərqində olan , özünə və baqalarına hörmət edən insanlar addım addım irəliləyir və daima inkişaf edirlər.
 
 
Tərcümə etdi : Abdullayeva Əfsanə  
 
 

ŞƏRH YAZIN