Özlərinə Aşiq Insanlar

0
3180
Özlərinə Aşiq Insanlar

Hər birimizin ətrafında ən az 2-3 nəfər o insanlardan var. Özlərini çox sevirlər. Cəlbedici, ağıllı, özünə güvənən, parlaq. İlk görüşdə onlar heyranlıq doğurur. Yeri gəlmişkən, gözəllik qısa müddət davam edir. Özünə vurğun insanları sevmək çox asandır, sonra isə unutmaq olduqca çətindir.

Sizin tanışlar arasında yəqin, özünə vurğun insanlar var və siz dəqiq bilirsiniz ki, onların cazibədarlığı və özünə inam lovğalıqla tez-tez dəyişir: Ağıl - təkəbbürlə; Cazibə qüvvəsi - yaltaqlanmaqla. Onlar özü barədə çox danışa bilərlər, amma onlar nə vaxt sizin haqqınızda soruşsalar... Bir sözlə onlar heç soruşmurlar da. Ümumilikdə isə ünsiyyətdə (dostları, həmkarları və ya xanımları ilə) olanlar tərəfindən özünə həsəd və ya başa düşməməsini adi izah edirlər. Onlar öz davranışlarını da dəyişə bilməzlər, çünki  başa düşmürlər ki, onlarda nə çatışmır.

Məhz bu təsəvvür bu yaxınlaradək özünə vurğun olan insanlar haqqında idi. Budur, xəbər: Psixoloqlar müəyyənləşdirmişlər ki, özünə vurğunlar bilirlər ki, onlar dözülməzdirlər. Onların özləri haqqında fikirləri həqiqətən çox yüksəkdir, lakin zaman keçdikcə onlar anlayırlar ki, onların dostları və ya keçmiş dostları onları məğrur və xudbin insan hesab edirlər. Amma təəssüf ki, bu anlayış,  nəyisə dəyişmək üçün stimul olmur.

Psixoloqlar özünə vurğun insanlarla təcrübə keçiriblər. Təcrübədə iştirak etmək üçün 201 tələbə yığılıb və onlar bir-biri ilə tanış olmayıblar. Hər bir iştirakçı anketi dolduraraq öz güclü və zəif tərəflərini qeyd edib, testin 40 sualını da cavablandırıblar. Cavablar isə "bəli", "xeyr" sözlərindən ibarət idi. Sonra iştirakçılar cüt-cüt seçilərək, bir neçə dəqiqə bir-biri ilə ünsiyyət qurublar, bundan sonra isə öz ünsiyyət qurduqları insan haqqında, nə düşündükləri haqqında anket doldurublar. Eyni zamanda psixoloqlar da həmin insanların köhnə dostları ilə əlaqə saxlayaraq onlar haqqında nə düşündüklərini soruşublar. Məlum oldu ki, reytinqdə birinci yeri tutan özünə aşiqlər hesab edirlər ki, yeni tanışları onları ağıllı, yaraşıqlı, mehriban kimi qiymətləndiriblər. Və onlar haqlı idilər.

İnsanlarla yaxşı münasibət haqqında daha çox düşünməyə dəyər, çünki, özündən sonra ən yaxşı abidə bu ola bilər.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN