Qaydaları olmalıdır insanın..

0
4318
Qaydaları olmalıdır insanın..

Qaydaları olmalıdır insanın. Hər səhər yeməkdən dərhal sonra yerinə yetirəcəyi qaydalar. Məsələn, ilk olaraq, günə gülümsəyərək başlamalıdır insan. Sonra çölə çıxanda, gördüyü hər bir uşağın başını oxşamalıdır, öpməlidir onları. Dəyərsizlər üçün, incitməməli həyatından çıxanların üzünə, "Sən itirdin"! Deyəcək qədər özünə güvənməli, yanlış seçimlərinin təcrübə kimi qayıdacağına inanmalıdır insan…

Səhifələrlə yazılar yazmalı, təbəssüm doğuran sözlərə sığınmalı. Şeirlər oxumalı, sevəcəksə də ilk olaraq ən çox özünü sevməli və heç vaxt birlərinə bağlanmamaq, eşqə çox da aldanmamaq, hər şeyə rəğmən sadiq qalacağına ürəyinə söz verəcəyi qaydaları qətiyyən olmalıdır insanın…
 

ŞƏRH YAZIN