Qeyri-adi insanlar

0
3036
Qeyri-adi insanlar

Onlar aramızda yaşayırlar, xarici görünüşlərinə görə də adi insanlardan heç nə ilə fərqlənmirlər. Ancaq bu, ilk  baxışda belə görünür, reallıqda isə məsələ fərqlidir. Bu gün belə qəribə insanlardan bir neçəsi barədə danışacağıq.

 
Vimm Xoff - 48 yaşlı daniyalını bütün dünya tanıyır. O, Arktikanın ən soyuq sularında üzür. Adi adam üçün buzlaqlar arasında üzmək ölümlə nəticələnə bilər. Daniyalıya isə soyuq kar etmir. Orqanizmindən şikayəti də yoxdur. Həkimlər onun bədənini dəfələrlə müayinə ediblər. Amma onun orqanizminin soyuğadavamlılığının sirrini tapa bilməyiblər.

Sara Kepmen - bu yaşlı qadının fenomenal yaddaşı var. Sanki kompüterdi. Son 25 ildə gördüyü, eşitdiyi hər bir şeyi dəqiqəsinədək yadda saxlayıb. Məsələn, soruşsanız, 7 iyun 1988-ci ildə marketə girərkən gördüyü satıcıları, hətta alıcıları belə, ətraflı təsvir edə bilər. Yaddaşı fleş-kart kimi bütün hadisələri özünə həkk edir.

Mister Perri - İngiltərə sakini olan bu kişi nadir xəstəlikdən əziyyət çəkir. Lipodistrofiya adlanan mərəzə tutulmuş Perridə dərialtı piy qatı yoxdur. 59 yaşlı bu kişi səhərdən axşamadək durmadan yağlı yemək, tort şirniyyat yesə də, bir qram kökəlmir. Dərialtı piy qatı olmadığından orqanizm daxil olan kaloriləri həmin andaca yandırır.
 
 

ŞƏRH YAZIN