İşə Enerjili Başlamağın Yolları

0
3351
İşə Enerjili Başlamağın Yolları

Qarşılaşdığımız hər bir maneə,hər bir eniş-yoxuş məqsədimizə doğru gedən yolda bir tramplindir.«Mən pisəm» və yaxud «Mən bəxtsizəm» kimi ifadələr isə,şüuraltımıza bizi uğursuzluqlarla təmin etmək əmrini verir.Bundan savayı,ətrafınızdakı insanlar da sizin haqqınızda yaxşı fikirdə olmayacaqlar. Bəs çıxış yolu nədədir?
Özünüzü uğurlu bir insan hesab edin.İlk növbədə,uğur nədir?Kimsə iş yerində bir ay çalışdıqdan sonra özünü uğurlu insan hesab edə bilər.Digər biri isə ildə 20.000 dollar qazanaraq özünü xoşbəxt hesab edə bilər.Üçüncüsü isə,gün ərzində həyat yoldaşı ilə mübahisə etməyəndə özünü uğurlu hesab edir.Gördüyünüz kimi,uğur nisbi bir anlayışdır.
Siz özünüzü nə qədər bəxtsiz,uğursuz hesab etsəniz də siz daim yeriməyi öyrənən uşaq vəziyyətindəsiniz.Axı siz uşağı iməklədiyi,yıxıldığı üçün mühakimə etməyəcəksiniz ki?Bütün bu addımlar bizim həyatı öyrənməyimiz üçün mühim amillərdir.Siz daim daha yaxşı həyat yoldaşı, tacir,ev xanımı və ya nəzarətçi olmaq istədikdə balaca uşağın atdığı addımları atırsınız.Siz bir sıra uğursuzluqlarla qarşılaşsanız da,sonda uğura nail olacaqsınız.Balaca uşağın yıxılmaqları kimi uğursuzluqlar da uğurun ayrılmaz bir hissəsidir.
Özümüzü qəbul edək.Bizim qərarlarımız və hərəkətlərimiz bizim şəxsi həyatımıza və bir çox digər insanların həyatlarına böyük təsir göstərir.Biz daim inkişaf edirik,dəyişirik,kamilləşirik və qeyd etdiyimiz bu prosesi öz xeyrimizə yönəldə bilərik.Bizim ən yaxın müttəfiqimiz dəyişikliklərdir.
Diqqətinizi özünüzün kim olmaq istədiyinizə yönəldin və artıq sizə heç bir yardımı toxuna bilməyəcək hər bir şeyi geridə qoyun.Zəif bir nöqtənizi güclü bir xüsusiyyətinizə çevirin.Əgər sizin özünüzə inamınız yoxdursa,özünüzdə bu xüsusiyyətləri inkişaf etdirin.Siz daim kamilləşirsiniz,bütün dəyişiliklər sizin daxilinizdə güclü bir potensial kimi gizlidir.Siz özünüzü kim olaraq təsəvvür edirsinizsə və o cür hərəkət edirsinizsə,gələcəkdə elə o,olacaqsınız.Siz dəyişəndə ətrafınızdakı hər şey dəyişəcək.Yeni həyat yeni düşüncə tərzi deməkdir.
Elə bu an oyanın və daxilinizdəki potensialı dərk etməyə çalışın.Öz həyatınızı olduğu kimi və sizin onun olmasını istədiyiniz kimi görməyi bacarın.Bu həyata nail olamq üçün lazım olan qərarları,inancları görməyi bacarın.Siz həqiqətənmi getməyə hazırsınız?Elə bu an belə bir səyahətə çıxmağı istəyirsinizmi?Axı siz öz həyatınızın proqramçısısınız.

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN