Stressdən Xilas Üçün Möcüzəvi Nöqtə

0
8880
Stressdən Xilas Üçün Möcüzəvi Nöqtə

İş həyatının və gündəlik həyatın gətirdiyi stressin öhdəsindən gəlmək üçün asanlıqla tətbiq edə biləcəyimiz “cənnət qapısı” (shen men) üsulundan bəhs edəcəyik.
Akupunkturdan (iynəbatırma) da tanış olduğumuz bədənimizin müəyyən yerlərindəki sinir nöqtələri artıq sağlam bir həyata dəstək üçün özümüzün  tətbiq edə biləcəyimiz praktik üsullar təqdim edir.
Aparılan araşdırmalar göstərir ki, müxtəlif səbəblərdən ötəri stress içində olan insanların bədənlərinin müxtəlif bölgələrində hiss etdikləri ağrı və sıxılma hissləri cənnət qapısı (shen men) deyə adlandırılan qulaqdakı nöqtələrə edilən yüngül bir masaj ilə aradan qalxa bilir.
Cənnət Qapısı (shen men) - yüngül bir təzyiq ilə doğru nöqtəyə edilən masaj nəticəsində insanların rahatlayaraq özünü cənnətdə hiss etməsi nəticəsinə görə adlandırılıb.
Stressli bir zamanımınzda ilk etməmiz lazım olan şey mənfi düşüncələrdən uzaqlaşıb, bizi xoşbəxt edən, rahatlamamızı təmin edəcək şeylər düşünmək. Rahatlamanın fiziki hissəsində isə refleksoloji çox işimizə yaraya bilər. Reallıq  budur ki içində yaşadığımız möcüzəvi dünyanın möcüzəvi bədənlərinə sahib olan bizlər dünyaya anti-stress nöqtələri birlikdə gəlirik. Tək etməmiz lazım olan bu nöqtələrə masaj edərək sakitləşmək.
Qədim Çinlilərin Shen men olaraq adlandırdıqları möcüzəvi bir gücə sahib olan cənnət qapısı nöqtəsi, bədəndəki bütün stressi yox edib, enerjimizi yüksəldəcək bir gücə sahibdir.
Cənnət qapısı nöqtəsinə edilən masaj eyni zamanda vərdişlərdən xilas olmaq, bədəndəki ağrı və acını azaltmaq üçün də istifadə edilən bir üsuldur. Bütün bunlar üçün masaj etməmiz lazım olan cənnət qapısı nöqtəsi qulağımızın daxili üst tərəfində yerləşir.
Tibbi elm və psixiatriya mütəxəssisi olan Mark Sandomirskynin açıqladığı bu üsulun masajı nece edilir?
Kiçik bir pambıq parçası köməyi ilə barmaqlarınızla yüngülcə bu bölgəyə masaj edərkən həmin anda dərin nəfəs alıb-verin.
Nəfəs alarkən sola və nəfəs verərkən sağa doğru baxaraq qan dövranını  dəstəkləyin.
·  Vücudunuzda baş verənləri izləyin. Bədəninizin necə rahatladığını və sakitləşdiyinizi hiss edəcəksiniz.
Nə zaman özünüzü stresli hiss etsəniz bu metoddan istifadə edin. Gecə yatmazdan əvvəl gözəl bir yuxu üçün bu metoddan istifadə edə bilərsiniz.
 
 
 
Tərcümə etdi: Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN