Təkiflərimizə qulaq verin ki ...

0
2381
Təkiflərimizə qulaq verin ki ...

 Sizə çox gözəl təkliflərimiz var. Bu təkliflər sizin həyatınızda bir çox şeyi yoluna qoyacaq, həmçinin həyat sizin üçün daha asan olacaq.


1) Qapınızın girişinə bir açarlıq qutusu asın. Çantada açar axtarışına və ya açarı harada buraxdım dərdinə son vermiş olarsınız!

2) Saç boyanızın kodunu, qatılacağınız təşkilatları, regl tarixinizi, alver siyahınızı həmişə qeyd edin.

3) Hər etdiyiniz işdə sistemli olmağa çalışın. Çalışan bir insansınızsa, həftəlik yemək siyahısı təyin edə bilərsiniz. Bu şəkildə, hər gün nə bişirəcəyiniz deyə başınızı məşğul etməmiş olarsınız.

4) Müəyyən günləridə fiksləyin. Məsələn müəyyən alver günləriniz olsun. Həftədə bir, 15 gündən bir kimi.

5) Ayaqqabı qutularınızı adlandırın. Beləcə ayaqqabılarınızı tapmaqda çətinlik çəkməzsiniz.

6) Aksesuar və kiçik əşyalarınızı qutulayaraq əyləncəli hala gətirin. Üzük qutusu, boyunbağı qutusu, corab və şarf qutusu kimi.

7) Davamlı istifadə etdiyiniz şeylərin əlavələrini alın. Məsələn tualet kağızı, salfet bitdikdə çətinlikdə qalmarsınız.

8) Tətil çantanızın rəngini təyin edərək, ona görə kombin hazırlayın. Təcrübənin, çox işə yarayır! Çanta hazırlığı bir anda asanlaşır.

9) Büdcə hazırlayın, ev içi iqtisadiyyatınızı edin. Aylıq ev istifadələrini qeyd edin, beləcə fərdi büdcənizi daha yaxşı idarə etmiş olarsınız.

10) Təzə yeməklərinizi soyuducuya qoyarkən üzərlərinə sticker köməyi ilə son istifadə etmə tarixi yazın.

11) Əşyalarınızı azaldın! Nə qədər sıxlıq o qədər qarışıqlıq deməkdir, sadəlik ruhunuzu da təmizləyər.
 
12) Paltarlarınızın asqıya asaraq qurudun, ütüdən uzaq durun.

13) Qarderobda paltarları rənginə görə təsnif edin, kombin edərkən asanlıq təmin edin.

14) Xatırlatma forumunu təşkil edərək, etməniz lazım olan şeyləri oraya qeyd edin.

15) Hər gecə telefonunuzu mütləq zaretkaya qoyun. Zaretka bitdikdə işləriniz çətinləşə bilə.r

16) E-mailllərinizə tez-tez nəzarət edin.

17) Dırnaq boyanızı daha uzun müddət istifadə etmək üçün üzərinə Kalyon çəkin.

18) 'Xeyr'' deməyi öyrənin! İnsanların hər istədiyini etsəniz, xoşbəxt ola bilməzsiniz.

19) Evdə ailənin işinə yarayacaq kiçik iş olsa belə edin. Ailənizlə aranızda narazcıçılıqlar olmayacaq.

20) Əvvəldən təyin olunmuş səyahətlərinin üçün biletlerinizi çox əvvəldən ehtiyata etdirin. Ucuz bilet fürsətlərini qaçırmamış olarsınız.

ŞƏRH YAZIN