Yuxusuzluqdan Əziyyət Çəkənlərə

0
1919
Yuxusuzluqdan Əziyyət Çəkənlərə

Yuxusuz gecələrə son! Rahat yatmaq istəyirsinizsə, bu təkliflərə riayət edin...

1. ”Yastıqdı” deyib keçməyin. Rahat yuxu yatmaq üçün yastıq seçmək önəmlidir. Çox sərt, ya da çox yumşaq yastıqlar rahat yatmanıza mane olur. Yatmazdan əvvəl özünüzə ən uyğun yastıq seçməlisiniz.
 
2. İsti bir duş qəbul etsəniz, yaxşı yatmanıza yardım edər. 
 
3. Özünüzə uyğun nizamlı yuxu saatları müəyyən edin və bunu pozmamağa çalışın.
 
4. Yastıq kimi çarpayınızı da özünüzə uyğun seçməlisiniz. Bahalı olması önəmli deyil, əsas odur ki, sizə rahat olsun.
 
5. Yatmazdan əvvəl və ya gec saatda yediyiniz ağır yemək kabuslar görmənizə səbəb ola bilər. Çox ac olanda da çətin ki, rahat yatasınız. Buna görə də yemək rejiminizə diqqət edin.
 
6. Xəyallar qurun... Yaşınızın neçə olduğu, reallaşıb-reallaşmaması əhəmiyyətli deyil! Yastığınıza başınızı qoyanda sizi xoşbəxt edəcək bir xəyal qurun, nə vaxt yuxuya getdiyinizi belə xatırlamayacaqsınız.
 
7. Otağınız qaranlıq və səssiz olmalıdır. Bunlar rahat yuxu üçün çox önəmlidir.
 
8. Kitab oxumaq da sizə yardım edə bilər. Bir müddət sakitləşdirici musiqilər dinləyib, ya da çox sevdiyiniz kitabı oxuya bilərsiniz!
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN