Dəyişikliklərin öhtəsindən gəlmək üçün ən yaxşı 3 yol

0
117
 Dəyişikliklərin öhtəsindən gəlmək üçün ən yaxşı 3 yol

Hamımız bilirik ki, heç nə əbədiyyən davam etmir və bu həqiqətdir ki, həyatımızın ilk anlarında bəri cəmiyyətdə inkişaf prosesi gedir. 

Dəyişiklik olmazsa yenilik, yaradıcılıq və inkişaf üçün stimuldan söhbət belə gedə bilməz. İnkişaf irəliləməkdir, həyatı daha yaxşı hala gətirməkdir. Dəyişiklik hər birimizin həyatında baş verir və ona necə reaksiya verməyimiz nəticələri müəyyənləşdirir.
 
Xoşlasanız da, xoşlamasanız da bu həyatın qanunudur.
Bilinməzlik qorxusu dəyişikliyin ən vacib faktorlarından biridir. Nə qədər yaxşı şəraitdə olsaq da, dəyişiklik baş verdiyi zaman qorxuruq. Mərcə gələrəm ki, keçmişinizə nəzər yetirsəniz və dəyişikliklər sayəsində bu nöqtəyə necə gəldiyinizi görsəniz həyatınız daha yaxşı olacaq.
 
Keçmişi xatırladığınız zaman hər şeyin necə yoluna düşdüyünü görürsünüzmü? Həyatınızdakı bəzi əsaslı dəyişikliklərə baxdığınızda və təhlil etdiyinizdə, bilinməzliklər nəticəsində yaranan qorxunu və təlaşı içinizdən çıxara bilsəniz, yeni həyat şəraitinizə uyğunlaşmaq daha rahat olacaq. 
 
Övlad sahibi olmağı insanlar əsaslı dəyişiklik hesab edir və çox qorxur. Cütlüklər bu möhtəşəm xəbərə görə həyacanlansalar belə, qorxurlar ki, həyatları çox dəyişəcək və heç vaxt əvvəlki kimi olmayacaq. 
 
Bu tamamilə doğrudur. Uşaq dünyaya gəldiyində bir çox şey dəyişir amma bunlar adətən yaxşı dəyişikliklər olur. Əlbəttə bəzən yuxunuzu fəda etməli olacaqsınız amma o kiçikicik möcüzəni əlinizə aldığınız vaxt həyata baxışınız tamamilə dəyişəcək.
Ailə qurmaq kimi bəzi dəyişikliklər həyatınızın yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir. Dəyişiklik sizi niyə qorxudur? Yəqin ki, düşünücələrinizi formalaşdırmadığınıza görə. Elə isə aşağıdakı faydalı məsləhətlərə nəzər yetirin.
 
1. Kömək istəyin.
Dəyişikliklərlə başa çıxmağın əsas yolu kömək istəməkdir. Ailənizi, dostlarınızı, komandanızı gözdən keçirin və hazırkı vəziyyətinizdə sizə ən çox kimin kömək edə biləcəyini müəyyənləşdirin. İnanıram ki, belə etdiyiniz müddətcə, ətrafınızda sizə kömək edə biləcək çox insanın olduğunu görəcəksiniz və dəyişikliklərə necə reaksiya verməli olduğunuzu tapacaqsınız.
 
2. Perspektivinizi formalaşdırın.
Bu günlərdə atamı itirmişdim və onun yoxluğu ilə başa çıxmağa çalışırkən çox çətin günlər yaşayırdım. Daha sonra qərara gəldim ki, mən hal-hazırda ailə başçısıyam və onun irsini davam etdirməliyəm. Bəzən dəyişikliklər çətindir amma biz baxış tərzimizi dəyişib, şəkilləndirə bilərik. 
 
3. Pozitiv olun
Həyat bizim istəyimizdən asılı olmayaraq dəyişir. Dəyişikliklərlə savaşmayın, problemi həll etmək üçün sağlam və faydalı yollar tapmağa çalışın. 
 
 
Tərcümə etdi: Elmira Cahangirli
 
 
 

ŞƏRH YAZIN