Xoşbəxtlik Haradadır?

0
2924
 Xoşbəxtlik Haradadır?

Xoşbəxtlik haradadır?
“Xoşbəxtlik nədədir? “, “Onu harada axtarmaq olar?”
“O, hər hansı bir yerdədir? “, “O, əlçatandırmı?” 
Xoşbəxtliyi hər zaman kənarda axtarırıq. Heç birimiz də onu kənarda tapmamışıq. Tapdığını zənn edənlər, bir müddət vaxt keçirdikdən sonra axtardıqları gerçək xoşbəxtliyin əslində bu olmadığını anlayırlar və daha böyük sıxıntılara məruz qalırlar. 
 
Xoşbəxtlik puldadır?
Milyonlarla insan xoşbəxtliyin pulda olduğunu düşünür. Pula bu qədər dəyər vermək də bundan qaynaqlanır. Lakin, pulu olan insanlar da xoşbəxt olmurlar.
 
Xoşbəxtlik yüksək statusdadır?
Bir çox insanlar işdə yüksək vəzifə tuturlar. Lakin, onların da əsl xoşbəxtliyi tapdıqlarını deyə bilmərik. Statuslarına örgəşirlər və bu, artıq onları xoşbəxt etmir. 
 
Xoşbəxtlik məhəbbətdədir?
Xoşbəxtlik puldan və yüksək vəzifədən çox məhəbbətdə olmalıdır. Ancaq, böyük eşq yaşayanlarda da, bir müddət sonra eşq bitir.
 
Xoşbəxtlik haradadır?
Xoşbəxtlik kənarda deyil, bütün qapıları açdıq və arxaları boş çıxdı. Xoşbəxtlik içəridədir...
Heç kimsə sizin xoşbəxtliyinizlə öz xoşbəxtliyindən daha çox maraqlanmır. Xoşbəxtliyi xaricdə yox, öz daxilinizdə axtarmalısınız. Oradakı xoşbəxtliyin qaynağı heç tükənmir.
 
Onu gətimək üçün nə etməli?
Dünyaya baxışı dəyişməli və kənarda xoşbəxtlik axtarmaqdan imtina etməlisiniz. Qalıcı xoşbəxtlik verməyən xarici dünyadan imtina edib daxili dünyaya yönəlməlisiniz!
 

ŞƏRH YAZIN