50-dən sonra gələn XOŞBƏXTLİK!

0
2039
50-dən sonra gələn XOŞBƏXTLİK!

 Qadınlar yalnız 50 yaşdan sonra xoşbəxtliyə qovuşur. Bəli, yalnış oxumadınız. 50 yaşdan sonra... 


Avstraliyalı alimlərin keçirdiyi maraqlı sorğu ilə qadınların 50 yaşdan sonra özlərini daha da xoşbəxt hiss etdikləri məlum olub. Alimlərin fikrincə, məhz bundan sonra qadınlar həyatdan daha çox zövq almağa başlayırlar. Avstraliyalı alimlərin sorğusunda 20-65 yaş arası yüzlərlə qadın iştirak edib. Sorğunun nəticələrinə görə, zərif cinsin nümayəndəsinin 49 faizi 50 yaşa çatanda özlərini daha əmin, xoşbəxt hiss etməyə başlayırlar. 42% bu yaşdan sonra özünə vaxt ayırmağa, fitneslə məşğul olmağa başlayır. 50 yaşında evli olan qadınların 50 faizi bu yaşdan sonra partnyorları ilə seksual münasibətlərdə də irəliləyiş olduğunu düşünür. 

Çoxlarının fikrincə, 50 yaşa kimi ailə qayğıları azda olsa azalır, uşaqlar böyür. Məhz buna görədə 50 yaşına çatan qadınlar özlərini xoşbəxt hiss edə bilir.

ŞƏRH YAZIN