Barnum Effekti.

0
6743
Barnum Effekti.

Uzaq 1948-ci ildə professor-psixoloq Bertram Forer çox maraqlı bir psixoloji test keçirdi. 

O, öz tələbələrinə xüsusi test payladı ki, nəticələrə görə onların şəxsiyyətini təhlil etmiş olsun. Testin incəliyi o idi ki, professor heç bir təhlil etmək fikrində deyildi. Həqiqə analiz əvəzinə professor bir qoroskopdan götürülmüş mətni bütün tələbələrə payladı.
Mətn təxminən belə idi: 
 
"Sizin insanların sizi sevməyinə və sizə həsəd aparmalarına ehtiyacınız var. Siz kifayət qədər özünü tənqidçisiniz və sizin öz xeyriniz üçün istifadə etmədiyiniz gizli imkanlarınız var. Baxmayaraq ki, sizin bir neçə şəxsi zəiflikləriniz var. Siz nizamlısınız və görünüşcə özünə güvənlisiniz. Əslində isə həyəcana və əminsizliyə meyllisiniz. Qərar qəbulunda tez-tez qərarın doğru olub-olmamasının şübhəsini yaşayırsınız. Siz bəzi rəngarəngliklərə üstünlük verirsiniz, məhdudiyyətlər sizi özünüzdən çıxardır. Həmçinin siz fəxr edirsiniz ki, azad düşüncə sahibisiniz, kifayət qədər sübutu olmayan yad düşüncə tərzləri ilə razılaşmırsınız. Bəzən gülərüz və dost sevərsiniz, bəzən ehtiyat edənsiniz. Sizin meyllərinizdən bəziləri real deyil. Məqsədlərinizdən ən başlıcası - stabillikdir."
 
Sonra o, tələbələrə təklif etdi ki, yazılanın onlarla üst-üstə düşməsini 5 ballıq şkala üzrə qiymətləndirsinlər. Orta qiymət 4,26 oldu. 
Bu eskperiment yüzlərlə dəfə təkrar olunmuşdu. Bununla da Bertram Forer sübut etmişdi ki, insanın xarakterini müəyyən etmək üçün xüsusi biliklərə ehtiyac yoxdur. Əsas odur ki, ona bu proqnozoun sırf onun üçün hazırlandığını deyəsiniz. Biraz avtoritet əlavə edirsiniz ki, bunu alim-psixoloqlar hazırlayıblar. Bir də hamıya uyğun gələn ifadələr. Bu ifadələr pozitiv olmalıdırlar, neqativ və konkretlik yol verilməzdir.
 

ŞƏRH YAZIN