Bill Geyts: Yerdən 100$ tapsam...

0
3656
Bill Geyts: Yerdən 100$ tapsam...

Bill Geyts: Yerdən 100$ tapsam...


Dünyanın ən varlı adamı Microsoftun əfsanəvi qurucusu Bill Geyts “Yerdə 100 dollar görsəniz götürərdiniz?” sualına “Bəli” cavabını verib. Yaxşı bəs necə olur ki, dünyanın ən valı adamı yerdəki 100 dolları götürərəm deyir?

Bill Geyts  “Məndən hər şeyi soruşun” – “Ask Me Anything” iclasına qatılıb. İstifadəçilərin suallarına səmimi cavab verən Geytsin “Yerdə 100 dollar pul görsəniz götürərdiniz?” sualına verdiyi cavab isə olduqca maraqlı olub. “100 dollar kiçik pul deyil” deyən Geyts bu sözləri qeyd edib:
 
“Əgər 100 dollarlıq banknotu yerdə görsəm onu götürərəm, çünki bu pul bir başqasına aiddir və ona pulu təslim etmək lazımdır. Yəqin ki, pulunu itirən adam dəliyə dönür həmin anlarda”.
 
 

ŞƏRH YAZIN