Cavan yaşından pulun qədrini bilin

0
3959
Cavan yaşından pulun qədrini bilin

Müstəqil həyata başlayanda pulları boş yerə xərcləmək və borc almaq olar.   Amma gəncliyinizdən istifadə edərək, müvəffəqiyyətə və maliyyə firavanlığına doğru getməyə başlamaq olar.

“Qazanan nəsil: necə xərcləmək, investisiya qoymaq və geri qaytarmaq” (Generation Earn: The Young Professional’s Guide to Spending, Investing, and Giving Back) kitabının müəllifi Kimberli Palmer, maliyyə abadılığı üçün gələcəyini planlaşdıranlara bir neçə məsləhət verir. 

Aylıq əmək haqqının üçdə bir hissəsini ayırıb kənara qoyun. Hər üç dollardan biri sanballı görünür, lakin bu həqiqətən belədir. Müəyyən hallarda bu heç mümkün deyil, məsələn kolleci bitirdikdən dərhal sonra yaxud körpə doğulduqdan sonra. Lakin bütövlükdə “ehtiyat üçün” böyük məbləğ sadəcə təkcə arzu olunan deyil, həmçinin zəruridir – bu çətin anlarda (məsələn işdən çıxarılan vaxt) yaxud arzunuza doğru getdiyiniz yolda ən yaxşı köməkdir. Əlbəttə ki, yığmaq üçün ayrılmış belə böyük məbləğ xatirinə, çox əyləncələrdən imtina etməli olacaqsınız. Lakin sizin hesabınızda nə qədər çox pul olsa, siz bir o qədər, maliyyə sabitliyi olan əsas  məqsədə yaxınsınız.

Karyeranıza pul əsirgəməyin. Öz gələcək qazancınız üçün investisiyalar elə şeydir ki, burada qənaət etməyə dəyməz.  Bu ancaq təhsil xərcləri deyil, həmçinin gələcək diktorlar üçün səslərinin qoyuluşu, öz hobbisi hesabına qazanmaq istəyənlər üçün xüsusi ədəbiyyat, xoş təəssürat bağışlamaq istəyən ofis əməkdaşları üçün yeni qarderob xərcləridir.  Ev qulluqçusunu işə götürmək də investisiyadır, çünki adətən təmizliklə məşğul olan vaxtı, yeni məqaləni yazmağa yaxud yeni veb-sayt üzərində işləməyə sərf etmək olar.

Həqiqətən nəyi istədiyinizi müəyyənləşdirin. Çox insanlar həqiqətən nəyi istədikərini bilmədikləri səbəbindən həyatda müvəffəqiyyət qazana bilmirlər. Siz işdən çıxıb toxumaqla dolanmaq istəyirsiz? Yeni şirniyyat mağazası açmaq istiyirsiz? Şəxsi realiti-şounun qəhramanı olmaq niyyətindəsiz? Əgər siz öz istəkli arzunuza hətta yaxın getməyə qorxduğunuz halda, məsləhət üçün sizi hamıdan yaxşı tanıyanlara müraciət edin. Sevdikləriniz, doğmalarınız və dostlarınız sizə fəaliyyət planı tərtib etməyə və qorxulara üstün gəlməyə kömək edərlər.

Baha olan tələbə kreditlərini vaxtından əvvəl ödəməyə çalışın. Ən iri həcmli təhsil kreditlərini nə qədər tez ödəsəniz, siz bir o qədər pula qənaət edə biləcəksiniz.   Əlbəttə ki, hər tələbədə borcun birdəfəlik ödənilməsi üçün pul olmayacaq və çoxları kolleci bitirdikdən sonra hələ beş il ərzində kreditorlara borclaarını ödəməli olacaqlar. Lakin siz bank hesabınıza birinci əhəmiyyətli daxilolmalar zamanı ilk-əvvəl tələbəlik borclarınızdan qurtarmağa başlayın.

Pensiya haqqında qabaqcadan düşünün. Pensiya yığımına nə qədər tez başlasanız, bir o qədər yaxşıdır. Əgər siz əlavə pulunuzun olmağını gözləsəniz, ömrünüz boyu işləməli olacaqsınız, bu səbəbdən pensiya hesabını açmağı uzunmüddətə təxirə salmayın. Qocalığınıza nə qədər pul lazım olduğunu hesablayın və fəaliyyətə başlayın.

Xeyriyyəçiliyə  ianə edərkən ehtiyatlı olun. Bizim zamanda, ətraf mühitə qayğı iri şirkətlərə satışların artırılması üçün özünəməxsus vasitə olmuşdur: onlar gənclər auditoriyası qarşısında populyarlıq qazanmaq üçün tez tez özlərinin “ekoloji” olduqlarını bəyan edirlər. Lakin bu çox vaxt  həqiqətə iyğun olmur. “Təbii” məhsul almazdan yaxud xeyriyyəçiliyə ianə etməzdən əvvəl, bu işin arxasında duran şirkət barəsində məlumat toplayın: ola bilsin sizin pullarınız gözlədiyiniz şəkildə xərclənmiyəcək.

 

ŞƏRH YAZIN