Çıxılmaz Vəziyyətdən Çıxış

0
9571
Çıxılmaz  Vəziyyətdən  Çıxış

Ancaq böyük problemlər,böyük imkanlar yaradır.

Nə qədər çox fors-major vəziyyətindən qaçmaq istəsəkdə fors – minor bizdən əl çəkməz . Lakin , hər bir vəziyyətdən çıxış yolu var. 
Hətta bir yox bir neçə . Çıxılmaz vəziyyətdə qalan insanların bir hissəsi düşdüyü vəziyyətin səbəbini analiz edər , digərlərı isə səbəbi yox çixış yolunu axtarar. Vəziyyətdən çıxış yolunu axtaranlar daha uğurlu olurlar , nəinki səhvə görə özlərini danlayanlar. Nəticə ,uğursuz olsada belə , vəziyyətdən çıxış yolunu həmişə axtarmaq lazımdır. Bu qərarsızlıqdan daha yaxşıdır . Problem intiusiyanın olmamasında yox , fəaliyyətsizlıkdədir.
 
BÖHRANDAN ÇIXMAĞIN ÜÇ QAYDASI: 
-Ata , yemək istəyirəm – balaca tarakan pıçıltı ilə dedi. 
-Yeməyimiz yoxdur , oğlum – tarakan ailəsinin başçısı cavab verdi . 
-Niyə ?  
-Böhrandır . Mətbəx boşdur. 
-Onda anbara gedək – ac balaca tarakan sakitləşmədi . 
-Orada yeməyə bir şey tapmaq olar – ata bığlarını tərpədərək dilləndi.Amma biz döşəmənin altından çıxşaq sahibə bizi əzəcək.
-Onda nə edək? 
- Bilmirəm oğlum . Çıxış yolumuz yoxdur.Oturaq gələcək  gözəl günləri gözləyək -deyərək ata dərindən ah çəkdi. 
- Demək, böhran -çıxış yolunun olmaması deməkdir ? 
-Bəli , oğlum. Böhran çıxış yolunun olmaması deməkdir. 
-Bəs  bu nə qədər davam edəcək?
-Bunu heç kim bilmir. 
Balaca tarakan həm tərs idi , həm də tərs olduğu qədər ac idi.Atasına qulaq asmadan mətbəxə oradan da anbara qaçdı . 
Onu itkin düşənlərin siyahısına yazdılar. Lakin , bir müddət sonra qarnı tox və  özündən məmnun halda qayıtdı. 
-Sən, belə cəld anbara necə qaçdın və sonra da sağ salamat qayıtdın.
-Böhran zamanı cəld qaçmaq lazımdır, atacan, deyə balaca cəld tarakan cavab verdi. 
Səhəri gün balaca tarakan yenə də anbarı ziyarət etmək istədi . 
-Döşəmənin altından çıxma oğlum – ata oğluna qışqırdı. 
-Niyə ?
Ona görə ki , sahibə anbara gedən bütün yolu zəhərləyib . 
-Bəs nə edək . 
Bilmirəm oğlum . Bizim çıxış yolumuz yoxdur. Oturaq gələcək gözəl günləri gözləyək – ata cavab verdi. 
Balaca tarakan yenə də atasına qulaq asmadan mətbəxə qaçdı. 
Tarakanlar onu vəhşicəsinə zəhərlənmişlərin siyahısına yazdılar . Lakin , bir müddət sonra o kefi kök , qarnı tox sağ salamat geri qayıtdı 
-Sən belə cəld anbara necə getdin ,sağ salamat və qarnın tox geri qayıtdın ? Ata soruşdu. 
-Böhran vaxtı hədəfə çatmaq üçün dolayı və alternativ yollardan istifadə etmək lazımdır. Mən anbara getmək üçün döşəmədən və divardan yox tavandan istifadə etdim. Tavanda heç bir zəhər yox idi.
Üçüncü gün balaca tarakan yenə də anbara getmək istədi .
-Hətta , buradan tərpənməyi ağlından belə keçirmə . 
-Niyə? 
-Evin sahibəsi bütün döşəməni  , divarları hətta tavanı belə zəhərləyib. 
Ondan əlavə bütün yeməkləri belə anbardan yığışdırıb.  
-Bəs onda nə edək ? 
-Bilmirəm oğlum . Oturaq , gələcək gözəl günləri gözləyək. , deyə ata dərindən ah çəkərək cavab verdi. 
Balaca tarakan bu dəfə də atasına qulaq asmadı və döşəmənin altından çıxaraq qaçdı.
Bu dəfə onu qəhrəmancasina həlak olanlanin siyahısına yazdılar. Lakin ,bir müddət sonra balaca tarakan kefi kök , qarnı tox sağ salamat  geri qayıtdı . 
-Sən anbara belə cəld necə gedib qayıtdın ?
-Böhran , yeni ərazilərin öyrənilməsinin vaxtının  çatdığı deməkdir. Balaca tarakan cavab verdi . Mən qonşunun mətbəxinə qaçdım orada istənilən qədər yemək var. Beləliklə , böhran sona çatdı dostlar !!!
 
Hər bir problemin öhtəsindən gəlmək olar , əsas odur ki, prosesi  lazımı strategiyada düzə biləsən . 
İnsanlar , başlarına düşən kərpici böyütməkdənsə , başlarını böyütsələr yaxşı olar. 
Pessimistlər başına düşən kərpicin , optimistlər isə başlarının böyük olduğunu söyləyərlər.
Problem , nə qədər çətin olsa da , sualın həmişə cavabı var. 
Ağıllı adam çətin vəziyyətdən tez çıxar , müdrük adam isə çətin vəziyyətə düşməz , düşsə də , vəziyyəti öz xeyrinə işləməyə məcbur edər. 
Günəşi hədəfə al , sən atdığın ox günəşə çatmasa da çox uzağa uçar.
İnsanlar iki şeyə can atarlar ; birincilər xöşbəxtliyə çatmağa , ikinçilər bədbəxtlikdən qaçmağa.  
Yapon dilində  böhran  iki heroqliflə göstərilir , birincisi «dağılma» ikinci «fürsət» anlayışındadır.
 
 
MƏMMƏD MƏMMƏDOV 
NLP Master
 

ŞƏRH YAZIN