Dostlar Həyatımıza Necə Təsir Edir?

0
3881
Dostlar Həyatımıza Necə Təsir Edir?

Dostlarimiz həyatimizin ən vacib bir parçasıdır və bir o qədərdə vacibdir; onlar bizim güzgümüz və əksimizdir.

Dostlar həyatımıza məna qatır və  təcrübələrimizi zənginləşdirir ,xoşbəxtlik verir və problemlərimizi paylaşırlar . Yemək,  su və sığınma xaricində dördüncü bir ehtiyacımız varsa, onun insanla qarşılıqlı təsiri ,yaxınlıq və dostluq olduğunu deyə bilərik. Buna baxmayaraq  həyatınızda möhtəşəm dəyişikliklər olsa - yeni bir işə başlasaz,  ya uğur əldə etsəz ya da aşiq olsaz - və ətrafınızda bu xəbərləri paylaşacaq biri olmasa ?  O təzə paltarı, çantanı ,maşını ya da evi almağın nə mənası qalar ,sizə -" Sənin üçün çox şad oldum" deyəcək biri olmasa? Yada ən pis vaxtlarınızda  sizi yaxın bir dostla  danişmaqdan  daha çox nə rahatlaşdıra bilər? Dostlarımız həyatımızın ən vacib bir parçasıdır və bir o qədərdə vacibdir; onlar bizim güzgümüz və əksimizdir. 

Bir dost seçmək asan deyil,hamımızın həyatında dostumuz olduğunu fikirləşdiyimiz ən az bir insanın bizi yarı yolda qoyduğu vaxtları yaşamışıq. Qəbul etmənin asan olmadığı bu təcrübələr , ruhani inkişafımız üçün əslində vacibdir və öyrənirik ki səhv bir dostluqdansa bəzən tənha olmaq daha yaxşıdır... 
 
Dostluq  edəcəyimiz insanı diqqətlə seçməyin vacibliyi , həyatlarımız üzərində buraxacağları təsiri  fikirləşdiyimizdə daha başa düşülən  olur. " Mənə dostunu danış , sənə kim olduğunu deyim"  sözündəki kimi bizə ən yaxın beş insanın ortalama say fərqiyiq. Və bu onların həyat tərzləri , davranışları , gəlirləri kimi şeylərlə əlaqəli bir oxşarlıqdır ...
 
Əgər hər zaman asan yola qaçmağı üstün tutan , ağ yalanlar danışan , tez-tez üzr istəyən , qısqanc , lağa qoyan  və məsuliyyət almağdan qaçan biri ilə dostluq qursaz , sizin də bu vərdişləri qəbul etməyiniz və tətbiq etməyə başlamağınız an məsələsidir . Əvvəllər fikirləşməyə belə vaxt ayırmadığınız şeylər təzə bir perspektiv halına gələcək və standartlaşacaq.  Əgər qurdlarla qaçsanız ulamağı öyrənəcək və bir güzgü kimi dostlarınızın davranışlarını əsk etdirəcəksiniz , yaxşı və ya pis .
 
İndi bir anlıq dayanın və bu zamanda olduğunuz insan ilə iki il əvvəlki halınızı bir biri ilə müqayisə edin.
 
Ətrafınızdakı insanlardan hansı xüsusiyyətləri mənimsədiniz ?Bağlılıqlarınız , söz xəzinəsi  və hətta öz hörmətinizin hansı xüsusiyyətini , inancların hansılarını paylaşdınız ? Dostlarınız sizə bu mövzularda nece  təsir etdi? Əgər dəyişmə  müsbətdirsə  və siz inkişaf etdiyinizə inanırsızsa bu əladır .  Amma  əgər  dəyişiklik mənfidirsə , yavaşca  amma  bir formada sizi geriyə salırsa , çox yerinə azdısa ?  
 
Dəyişiklik əlinizdədir, digər insanların ortalama vəziyyətini altdan aldığınız halda , siz öz həyatınızda da adiliyi qəbul etmiş olacaqsınız .  Dəyişməyinizi istəməyən dostlarınız üçün  edəcəyiniz bu dəyişiklik daha da çətin olacaq . Hətta bəzən illərcə sizi  özləri olduqları yerə çəkməyə çalışan bu insanlar və bu an sizinlə tam o nöqtədə olduqca rahat hiss edən insanlar , sizin narahat olmağınızı və içlərindən ayrılıb qabağa baxmağınızı qəbul etməkdə əlbəttə çətinlik çəkəcəklər  . Bir gün təmamilə təsirlərindən çıxdığınızda  və böyük  ehtimalla onlar  eyni yerdə izləyərkən siz daha yaxşı bir vəziyyətdə olduğunuzda bunu həzm etməklərini  necə gözləyə bilərsinizki ? Qısqanclıq qaynaqlı olmaya da bilər , sadəcə qorxmuş ola  bilərlər amma sizin cəsarətinizi öldürəndə onlardır . Tez bağışlayın və uzaqlaşın yanlarından ...
 
Bəzən sizinlə  yüksəkliklərə çıxmaq istəməyənləri arxada buraxmaq məcburiyyətində qalırıq ,  əgər fərdi inkişaf vizionunuz bir deyilsə və orada qalmaq istəyirlərsə sizin getməyinizə icazə vermək məcburiyyətindədirlər . Onların həyatlarına baxdığınızda sizin səy göstərdiyiniz hansı sahədə çoxdan uğur əldə etdiklərini görürsünüz ? Əgər  qələbə əldə etmiş olsaydılar onsuzda sizin üçündə eynisini arzu etmiş olardılar. Belə isə daha yaxşı birisi üçün çıxdığınız yolda uzun səfərdə , sadəcə daha əvvəl orada olanlardan tövsiyyə alın . Ətrafınızı heç bir şeyin mütəxəssisi olmaq əvəzinə bir şeylər üçün nümunə olan insanlarla  təchiz edin. Dostlar sadəcə əyləncə və yaxşı gün üçün deyildirlər. Paylaşmaq  istədiyiniz problemləri hələ öz həyatları daxilində həll edə bilməyən insanların sizə faydası yox , hər zaman zərəri olacaqdır . Və zaman və enerjinizi yalan yerə sərf etmiş olacaqsınız. 
 
Çox vaxt , heç bir şey edə bilməmiş insanların verəcək tövsiyyələri bir o qədər çoxdur. Ancaq bu insanların sizin həyatınız haqqında fikir bildirməsini həqiqətən istəyərdinizmi?
 
Bu dünyada  üç növ insan olduğu deyilir . Baş verənləri izləyənlər , baş verənləri reallaşdıranlar , nə baş verdiyini anlamıyanlar ... Belə isə bir şeyləri reallaşdırmağa bu gündən başlayın ! 
 
Sizin üçün yaxşı dostlar arzulayırıq,həyatınızı zənginləşdirəcək insanlar...Düşdüyünüzdə qaldıracaq, və ya yola davam edə bilmədiyinizdə sizi itələyəcək,uğurlarınızı tərifləyərkən mərd, mübarizə etdiyinizdə cəsarətləndirərkən inadçı dostlar...
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN