Düşüncələrlə hərəkətlərimiz arasındakı əlaqə

0
5011
Düşüncələrlə hərəkətlərimiz arasındakı əlaqə

İnsanı idarə edən beynidir. Hərəkətlərimiz öncə fikir olaraq beynimizdə formalaşır və biz onları icra edirik. Lakin, bəzi fikirlər varki, onlara bizim beynimizdə ya əvvəldən yer olur, ya da ümumiyyətlə yer olmur. Bunlar xəyanət oğurluq, intihar və s. fikirlərdir. Yəni bu qəbildən olan düşüncələrə bir insanın beynində ya əvvəldən yer olur, ya da ümumiyyətlə yer olmur, yəni heç vaxt ağlına belə gəlmir. 

Bir anlıq fərz edin ki, heç nəyiniz yoxdur. Yəni, gedəcək yeriniz, qalacaq eviniz, işiniz, pulunuz, yaxınınız, heç kiminiz və heç nəyiniz yoxdur, Qarnınız isə ac, özünüz isə üşüyürsünüz. Ətrafda heç kimin olmadığı bir küçədə, balaca bir "mini marketə" rast gəlirsiniz, satıcı isə mağazanı qoyub harasa gedib. İndi sizə sual verirəm. Həmin an nə edərdiniz? Mağaza sahibinin qayıtmağını gözləyib ondan bir çörək borc istəyərdiniz, yoxsa gözləyib ondan sizə iş verib, bunun müqabilində sizə çörək verməsini istəyərdiniz, yoxa bir çörək götürüb yavaşca oradan uzaqlaşardınız ki, nə vaxtsa pulum olanda gəlib ödəyib halalığın alaram və s.? Hansını edərdiniz? Əminəm ki, bu nə qədər çox insana sorsan, o qədər müxtəlif cavablar alarsan.Kimisi ac qalıb ölməyi seçər, kimi "bir çörək insan həyatından vacib deyil" deyib, bir çörək götürüb getməyi. Səbəb isə beyinlərimizin müxtəlif düşüncələrə sahib olmasıdır. Beynimiz bir çay süfrəsinə bənzətsək, stəkanlar masaya qoyulmamış çay süzə bilmərik. Yəni, beynimizdə hər hansı bir düşüncəyə yer olmasa, o fikir gəlib ora düşə bilməz. 
 
Xəyanət və intihar da bu cür düşüncələrdəndir. Kimisi hamının ürəy ağrısı ilə yanaşacağı həyatı çətinliklər və faciələrdən sınmadan çıxsa da, ağlına intihar fikri gəlməsə də, kimisi də ən adi bir problemdə intihar düşüncəsinə qapılır. Bunu da yadınızda saxlayın və daha diqqətli olun ki, əgər ətrafınızda, tanıdığınız, sevdiyiniz insanlardan kimsə mübahisə, konflikt, dava əsnasında "özümü öldürəcəm bezmişəm", "öldürüb canımı qurataracam" və s. bu kimi ifadələr işlədirsə, o insan potensial özünü öldürməyə müqabil insandır. Yəni, nə vaxtsa bu addımı ondan gözləmək olar. Düşünməyin ki, bu ani bir əsəblə bağlı olaraq deyilən sözdür. Unutmayın ki, insan əsəbləşəndə kimliyi ortaya çıxır. Çünki, bir insan xəyalında belə nə vaxtsa özünü öldürməyi "qurubsa", bu düşüncəyə onun beynində yer var deməkdir və "münbit" şərait yarandıqda o bunu edəcək. 
 
Ona görə də, sevdiklərinizi qoruyun, hər kəsə vaxtında qiymət verin. Pis düşüncələri beyninizdən təmizləməyə çalışın. Optimist və nikbin olun. Ən əsası həyatı sevin və Allaha sığının. 
 
 
Əli Balayev

ŞƏRH YAZIN