Düzgün istirahət etməyin əsas qaydaları

0
4527
Düzgün istirahət etməyin əsas qaydaları

Yay fəslində istirahət etmək çox vacibdir. İstirahət sözü isti və rahət sözlərinin birləşməsindən yaranıb. İl boyu həm evdə, həm də işdə gündəlik problemlər yaşayırıq, bəzən həm fiziki, həm də psixoloji cəhətdən tükənirik. Beləki istirahətsiz işləmək və ya heç işləmədən evdə oturmaq sinir sisteminin pozulmasına gətirib çıxardır.Beləki il boyu istirahət 5-7 günlük və ya iki dəfə- yay və qış vaxtalarında da ola bilər.

 
Lakin istirahət çox uzanarsa mənfi təsiridə ola bilər.Uzunmqddətli ve düzgün planlaşdırılmamış istirahət insanda passivlik, tənbəllik, istirahətdən yorulma kimi hallarla nəticələnə bilər. Lazımi səviyyədə təşkil edilmiş istirahət orqanizmə müsbət təsir edir. Beləki aktiv istirahət dedikdə gəzintiyə çıxmaq, idmanla məşğul olmaq, il boyu təkrarlanan məşğuliyyətləriimizdən kənara çıxmaq, fərqli qısamüddətli həyat tərzi yaşamaq nəzərdə tutulur. Passiv istirahətdə isə yalnız yatmaq, heç bir işlə məşğul olmamaqdır və bu cür istirahəti aktiv istirahətə keçirmək daha doğrudur.
 
Uzunmüddətli istirahətdən sonra,yəni 2-3 aylıq istirahətdən sonra gərgin iş rejiminə qayıtmaq, çətin adaptasiya olan insanlarda depressiya, stress yarada bilər.
Pomidor texnikasının yaradıcısı Françesko Çirillo hər 25 dəqiqə işdən sonra 5 dəqiqə istirahət etməyiniz məsləhət görür. Dörd dövriyyədən sonra 5 dəqiqəni 15-20 dəqiqəyə qədər artırmaq olar.
Yay istirahətiniz düzgün planlaşdırmanın qaydaları:
 
-İstirahətə başlamazdan əvvəl işdə təxirəsalınmaz, sizi istirahət vaxtı narahat edə biləcək işlərinizi bitirin ki, istirahətdən sonra gərgin iş rejimi əhval-ruhiyyənizi pozmasın.
-İstirahətinizi harada və neçə müddət keçirtməniz haqqında büdcənizə uyğun plan yazın.
-Əgər yaşadığınız ərazidə dincələcəksinizsə səsli-küylü, səhhətinizə ziyan vuran yerlərdən uzaqlaşın.
-İdmanla məşğul olun, mümkün qədər açıq havada gəzin və iş problemlərinizi düşünməyin.
-Sevdiyiniz insanlarla şəhər kənarında  pickniklər təşkil edin.
-Yay istirahətində xüsusilə sağlam qidalanmanıza diqqət edin.
-İş problemləriniz istirahətə çıxarkən ofis qapıları arxasında qoyub çıxın
-Əgər aktiv istirahəti sevmirsinizsə mütaliə edin, bu problemləri düşünməkdən uzaqlaşmaq üçün gözəl vasitədir.
-İstirahətiniz  ərzində hər səhər yuxudan ayılarkən üzünüdə təbəssüm yaradacaq şeylər haqqında fikirləşməklə açın. 
-İstirahət vaxtı kompüter və telefon kimi alətlərdən müəyyən saatlar tam kənar olun.
 
Hər birimiz il boyu bizə qulluq edən, bizi yaşadan, problemlərimizi daşıyan beynimiz, bədənimiz, sağlamlığımız qarşısında özümüzü borclu bilərək düzgün istirahət etməyə çalışaq.
 Yaşam Koçu
 NLS Təhsil və Psixologiya, Konsultasiya
 Mərkəzinin Direktoru:
 Ruhiyyə Rüstəmova 

ŞƏRH YAZIN