Əhvalını Daim Yüksək Tut!

0
2150
Əhvalını Daim Yüksək Tut!

1. Əhvalınızın daim yüksək olmağını istəyirsinizsə, özünüzü idarə etməyi öyrənin. Xırda şeylərə görə heç kəsdən küsməyin, insanları bağışlamağı öyrənin.

2. Dünyaya yumor hissi ilə baxmağa çalışın. Siz xoşagəlməz hadisəyə düşsəniz belə gülümsəyərək deyin ki: «bu da keçəcək!».

3. Ətraf müitdən təcrid olaraq evdə oturmayn. Əmin olun, küçədə, dostlarınızın və tanışlarınızın yanında həyat daha maraqlıdır.

4. Öz həyatınıza yeniliklər qatın. Psixoloqlar mütəmadi olaraq öz vərdişlərinizi dəyişdirməyi məsləhət görürlər. Məslən, özünüzə yeni xobbi tapın və yaxud geyim tərzinizi dəyişin.

5. İstirahət etməyi öyrənin. Siz hər darıxdırıcı işi görəndə belə xoş hadisələr haqqında düşünün.

6. Üzgüçülük ilə məşğul olun. Su həm bədəni, həm də ruhu təmizləyir.

7. Fikirlərinizi, düşüncələrinizi qaydaya salın. Bəzən insanların beyinlərində xaos olduğu üçün onlar müxtəlif hadisələrdən çıxış yolu tapa bilmirlər.

8. Həyata daha sadə yanaşın. Həyatda qəhrəmanlıq etməyə hər zaman vaxt tapılar. Lakin siz məhz bu anda nə etdiyinizə köklənin.

9. Səbrli olun. Siz özünüzdə bu xüssiyyəti inkişaf etdirsəniz, həyatda qarşınıza çıxacaq bir çox problemlərin öhdəsindən asanlıqla gələ biləcəksiniz.

10. Xoşagəlməz hadisələr haqqında unudun. Əgər siz evdə oturub heç nə etməmək istəyirsinizsə, bu istəyinizə uymayın. Həyat hərəkət deməkdir. Filmə baxın, evinizi təmizləyib səliqəyə salın. Yadda saxlayın ki, siz hisslərinizə və təəssüratlarınıza görə məsuliyyət daşıyırsınız.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN