Gülümsəmək möcüzələr yaradır

0
3097
Gülümsəmək möcüzələr yaradır

 Həyatda qarşı-qarşıya qaldığımız, aşmaq mövzusunda çətinlik çəkdiyimiz çox problemlərimiz ola bilər. Bunları həyatın şirin cilvələri olaraq qəbul etməmiz lazımdır. O problemlər səbəbilə, bu gün gülümsəmək cəmiyyətimizdə unudulmuş rəftarlardan birinə çevrilib. Çox təəssüf ki, insanlar cəmiyyətdə o qədər fikir və düşüncələrə qərq olurlar ki, gülümsəməyi unudublar.


Gülümsəyən zaman beyin müsbət fikirləri qəbul etmək üçün hazır olar. O insanlar ki, davamlı olaraq gülümsəməyi bacarırlar, daha çox şad və həyatda müvəffəqiyyət qazanan insanlardırlar.

Gülümsəməyin 6 möcüzəsi ilə tanış olaq:

1. Gülümsəmək endorfinin azad olmasına səbəb olar. Bizlərin bir çoxu adət etmişik ki, ancaq xoş günlərimizdə gülümsəyək. Lakin gülümsəmək əməli öz-özlüyündə endorfinin daha çox ifraz olmasına səbəb olar. Bu hormon insanda sevinc hissini gücləndirər və təbii sakitləşdiricidir. Həkimlər psixoloji xəstələr üzərində tədqiqat aparan zaman bu nəticəyə gəlib çatıblar ki, gülümsəmək nəticəsində azad olan endorfin hormonu xəstələrin bədəninə müsbət təsirlər qoyar. Əgər siz də iztirab və stressdən uzaq olmaq istəyirsinizsə, gülümsəməyə adət edin.

2. Gülümsəmək sirayət edəndir. Bəlkə də eşitmisiniz ki, əsnəmək bir insandan başqasına keçicidir. Gülümsəmək də o cürdür. Elm sübut etmişdir ki, gülümsəmək təbii reaksiyadır ki, insan müsbət hadisələrə göstərər. Gülümsəmək sizə xoşbəxtlik hissi verər. Ona görə də insan gülümsəyən insanlara tərəf cəzb olunar.

3. Gülümsəmək ürəyinizi sağlam edər. Alimlər bu nəticəyə gəlib çatıblar ki, gülümsəmək hər bir stressin müalicəsində təsirli nəticə göstərir. 169 nəfərin üzərində aparılan tədqiqatda onlardan istəmişdilər ki, üç müxtəlif əməli yerinə yetirsinlər. Bir dəstə sakit durur, bir dəstə zorla gülümsəyir və o biri dəstə isə həqiqi gülümsəyir. Alimlər bu insanları həmin halda təcrübə edirlər, əllərini soyuq suya salırlar, anidən səs-küy salırlar. Hər bir halda ürəklərini müayinə edirlər. Tədqiqat göstərir ki, həqiqi gülümsəyən insanların qan təzyiqi normada olur və ürək döyüntüləri də nizamlıdır. Həmçinin bu insanlar stressli şəraitlərdə özlərini kontrol edə bilirlər.

4. Gülümsəmək immun sisteminizi gücləndirər. Gülümsəmək bir çox təhlükəli xəstəliklərə düçar olmamaq üçün ən yaxşı yoldur. Aparılar tədqiqatlar göstərir ki, müsbət hisslər, xoşbəxtlik hissi və gülümsəmək insanın immun sistemini gücləndirə bilir. Bunu bilmək lazımdır ki, beyinin immun sisteminə təsiri çoxdur və hər ikisi arasında rabitə vardır ki, bədənin sağlamlığını tənzim edir.

5. Gülümsəmək sizi həyatda müvəffəq edər. Alimlər apardıqları tədqiqat nəticəsində bu fikrə gəlib çatıblar ki, gülümsəyən insanlar həyatda daha müvəffəqdirlər. Gülümsəyən insan beyində olan mənfi düşüncələrlə yaxşı mübarizə apara bilir. Gülümsəmək beyninizi müsbət fikirlər qəbul etmək üçün hazır edər.

6. Gülümsəmək ömrü uzadar. Alimlər bu nəticəyə gəlib çatıblar ki, gülümsəmək ömrü uzadar. Gülümsəyən insan həyata müsbət nəzərlərlə baxdığı üçün bədəni sağlam olar. Gülümsəmək və müsbət fikirlərə malik olmaq ürəyi sağlam edər, beyni insultdan qoruyar, xərçəng və diabet xəstəliyi ilə mübarizə aparar və nəticədə insan ömrü uzanar.

ŞƏRH YAZIN