Gülümsəyin!

0
1676
Gülümsəyin!

1. Zibil qutusundan, beyninizdən və həyatınızdan bütün tullantıları atın!

2. Sizin işləriniz pis gedəndə, sadəcə olaraq, onlarla getməyin.

3. Həyatda ən yaxşı müəllim təcrübədir. Düzdü, bu müəllim çox pul götürür, amma yaxşı başa salır.

4. Əgər səhvi düzəltmək olarsa, deməli sən hələ səhv etməmisən.

5. Həyatınıza daxil olan və onu gözəlləşdirən insanlara təşəkkür edin. Həmçinin həyatınızdan çıxıb və həyatınızı daha da yaxşı edən insanlara da minnətdarlığınızı bildirin.

6. Hər zaman elə bir insan tapılacaq ki, sizin etdikləriniz  onun xoşuna gəlməyəcək. Bu normaldır. Hər kəs səni sevə bilməz.

7. Əgər kimsə sizə pislik edirsə, onu öz pozitivliyinizlə əzin.

8. Həyat sizi qane edənə qədər həyatınızı qurmağa çalışın.

9. Sizi üzmək istəmirəm, amma mənim işlərim çox yaxşıdı!

10. Cavanlıq resepti: hər xırda şeyə görə belə sevinin və hər kiçik problemə görə üzülməyin.

11. Ən yaxşı gün bu gündür!

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN