Gününüzü Yaxşı Dəyərləndirin!

0
1933
Gününüzü Yaxşı Dəyərləndirin!

Gününü aktiv və səmərəli keçirmək istəyirsən? Elə isə səmərəli bir günün 5 sirrini sizinlə bölüşürük:

Hər gün 7 dəqiqə məşq

Gün ərzində sadəcə 7 dəqiqə məşq etməklə oyandığınız zaman axşamdan qalma keyliyi aradan qaldırmağa kifayətdir. Tətbiq edə biləcəyiniz bir çox məşq proqramları var. Bunların içində ən yaxşısı ''7 minute workout''dur. Mühüm olan əzələlərinizin hər birini 12 məşqlə çalışdırın.

Günə göyərtiylə başlayın

Günün ən önəmli yeməyi səhər yeməyidir. Səhərlər çeşidli meyvələrdən və tərvəzlərlə zəngin salat, tost hazırlamaq həm daha asan, həm də daha yararlıdır.

Gün ərzində edəcəyiniz 3 işin planını qurun

Günü necə keçirdim? Oyandıqdan sonra 12 saat boyunca icra etmək istədiyiniz 3 qərar verin. Başlayan gündən nə isə gözləmək günü daha səmərəli edəcək.

İşlərinizi görə bilmək üçün proqram tətbiq edin

İş yerində ən böyük məsələ zamandır. Görəcək işlərin proqramını hazırlayan zaman bu nüansı gözdən qaçırmamaq lazımdır.

Nahardan sonra gücünüzü toplamaq üçün özünüzə zaman verin

İşə təkrar əhval ruhiyyə ilə qayıtmaq üçün nahardan sonra 15 dəqiqə özünüzə vaxt ayırın. Bunu bir növ professional meditasiya kimi düşünün. Kompüterdən uzaqlaşın və günün geri qalanı üçün nə etməli olduğunuzu düşünün.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN