Hansı Tip İnsanlar Necə İstirahət Edirlər!

0
2333
Hansı Tip İnsanlar Necə İstirahət Edirlər!

Hər birimiz fərqliyik, seçimlərdə, düşüncələrdə! Bəs istirahətdə necə?!

 
Xoleriklər, emosional hisslərini tənzimləmək üçün, tətildən tam həzz almaq üçün xoleriklərə aktiv istirahət növünü seçmək vacibdir. Onlar üçün dağlıq ərazilərdə dincəlmək və ya aktiv idman növləri ilə məşğul olmaq istirahət növü kimi əvəzedilməzdir. Xoleriklərin tətildən həzz almaları üçün istirahət etdikləri məkanı və ya idman növünü dəyişmələri önəmlidir. Bu halda onların uzun yolçuluğa çıxmağa hətta ehtiyacları yoxdur. Olduqları məkanda olan yerdəyişmə hətta onlara müsbət təsir edir.
 
Sanqvinklər, həyatsevər və hərəkətli tip olmaqları ilə seçilirlər. Onlara yalnız müsbət enerji, pozitiv əhval və yeni təəssüratlar verə biləcək istirahət uyğundur. Bir qayda olaraq onlar uzaq eqzotik ölkələrə səyahət etməyi və yeni əyləncələr, yeni təssüratları sevirlər. Getdikləri yerdə onlar maraqlı festivallar, yarışmaların müşaidəçisi olarlarsa, bu onların istirahətinə əvəzedilməz rəng qatar. Əgər bu şərait yoxdursa o zaman qısa müddətdə fərqli məkanlarda istirahət sanqvinklərə uyğundur. Şən və yüksək əhval-ruhiyyə bu tip insanlara fiziki və emosional zövq verir. Məhz bu səbəbdən sanqvinklərin istirahət müddəti üçünmüddətli və rəngarəng ola bilər
 
Fleqmatiklər, vaxtlarını, istirahətlərini  boş vaxtlarında, səssizlikdə, sakitlikdə keçirməyi xoşlayırlar. Təbiətin qoynunda keçirtdikləri istirahət onlar üçün ruhi qida sayıla bilər. Fleqmatiklər insanların az olduğu yerlərdə dincəlməyi, daha çox təbiət qoynunda, səssizlikdə mütaliəyəyə üstünlük verirlər. Onlar özlərini tam dincəlmiş və xoşbəxt hiss etmək istəyirlərsə uzunmüddətli istirahət etməlidirlər. Olduqları mühitdə uzun müddətə adptasiya edən fleqmatiklər səsli-küylü partilərdən, ekskursiyalardan uzaq olmağı üstün tuturlar.
 
Melanxoliklər, istirahətə daha yaradıcı yanaşırlar. O tip insanlar kövrək və tez inciyən olurlar. Məhz onların arasında yaradıcı insanlar çox olurlar. İstirahətdən onlar yeniliklər, yeni hisslər, ixtiralar gözləyirlər. Melanxoliklər onları anlayıb, duyğularını tamamlaya, bölüşə biləcək tərəf muqaviliylə dincəlməyi üstün tuturlar. Əks halda tez inciyib istirahətlərini korlaya bilərlər. Seçdikləri məkan isə daha rəngarəng və fantaziyaların aşıb daşdığı yer olmalıdır.


 

Yaşam Koçu, NLS Təhsil və Psixologiya, 

Konsultasiya mərkəzinin direktoru :
Ruhiyyə Rüstəmova
 

ŞƏRH YAZIN