Rənglər və markalar

0
2316
Rənglər və markalar

Bölüşməyi də bacarmaq lazımdır. Bölüşməyi öyrəndikcə sevgi, qardaşlıq, yardımlaşma kimi duyğular da inkişaf edir. Məhz Çak Fini kimi...

81 yaşlı 7,5 milyardlıq sərvətə sahib olan Çak Fini biznesini heç nədən yaradaraq, bir neçə il ərzində dünyanın 27 müxtəlif ölkəsində 200 nəfərdən ibarət bir şirkət yarada bildi. Onun gəliri inanılmaz sürətlə artırdı. Buna baxmayaraq onun nə maşını, nə də şəxsi evi var, başqa şəhər və ölkələrə getdiyi zaman isə yalnız ekonom- klass ilə uçur.

Ona bir faktı nəzərə almasaydıq, xəsis deyə bilərdik. Bu fakt ondan ibarətdir ki, həmin bu insan son 30 il ərzində 6 milyard dollar həcmində olan pulu xeyriyyəçilik işlərinə ayırıb.

Bu pullar ABŞ-da, Vyetnamda, Avstraliyada, Cənubi Afrika, İrlandiya və Bermud adalarında yerləşən qocalar evləri üçün eyni zamanda bu ölkələrdə yerləşən təhsil, səhiyyə və elmi müəssələr üçün xərclənilmişdir. Lakin o dayanmaq fikrində deyil və 2016- cı ilə qədər əlində qalan bütün pullarını xeyriyyə işlərinə xərcləmək niyyətindədir.

Özüdə bu qeyri-adi varlı insanı pul qədər şan- şöhrət də maraqlandırmır. Öz milyardlarını paylayaraq o, kölgədə qalmağa çalışırdı və ilk 15 il ərzində bunun öhdəsindən uğurla gəlirdi. Onun xeyriyyəçilik fəaliyyətindən hamı xəbərsiz idi. Daha sonra isə Fini “ifşa” olundu. Lakin bundan sonra belə o, çox sadə və təvazökar davranırdı. Bu illər ərzində verdiyi müsahibələrin sayı beşdən artıq deyil.

Fini deyir: “Mən bir şeyə əminəm: pulları xərcləmək və o pullar sayəsində ortalığa bir şeyin (misal üçün hospitalın) gəldiyini bilmək adama çox daha böyük bir həzz bəxş edir. Axı bu məntiqə uyğundur - xeyirxah işlərə xərcləyə biləcəyim pulu mən niyə görə müxtəlif banklara qoyub saxlamalıyam ki?!”

Dünyanın ən varlı şəxslərindən biri və Microsoft şirkətinin yaradıcısı olan Bill Qeyts də Çakı ibrət almaq üçün ən gözəl nümunə kimi görür və qeyd edir ki, “Sağlığınızda yaxşılıq etmək lazımdır” kəlməsinə ən ideal nümunə məhz Çak Finidir.

Korrektor redaktor:Salmanlı Ayna

ŞƏRH YAZIN