Həyatdakı Real Qurbanlar Kimlərdir?

0
2354
Həyatdakı Real Qurbanlar Kimlərdir?

Hər birimizin həyatında etdiyimiz və indi onu SƏHV kimi qəbul etdiyimiz hərəkətlərimiz var . Nəticə nə olursa olsun, peşmançılıq əvəzinə yaşadıqlaımızdan dərs alıb, zamanı gəldiyində düzgün qərarlar vermək bizə  daha da güc verəcəkdir. Həyat öyrənmək və təcrübədir. Hər birimiz həyatımız boyunca səhvər edirik. Hətda sonradan yalnış olduğunu anladığımız insanları belə həyatımıza girməsinə icazə veririk. Amma bunların səhv olduğunu yaşa dolduqca anlayırıq. Əslində yaşadıqarımız bizə laiq olub və ya olmayanlar deyil... Hər şey həyatdakı seçimlərimizin nəticəsidir. Daxilən inkişaf etdikcə və daxilimizi pozitiv yöndə dəyişdirdikcə , xarici dünyamızda müsbətə doğru dəyişəcək.
 
Bizi həyatdan soyudan şeylər əslində bizim yalnış qərarlarımız yox, QURBAN rolunu oynamağımızdır. Bu həyat da “qurban” olduğumuzu düşündükcə, bir müddət sonra “Niyə mən?” deyəcəyimiz  daha çox insan və ya hadisələrlə qarşılaşarıq. Xətalarımızda, üzüntülərimizdə, xəyal qırıqlığı ilə üzləşdiyimiz zamanlarda qurban rolunu oynamaq əvəzinə inkişaf etməyimizin qarşısını alan  bütün düşüncələrimizi, vərdişlərimizi, inanclarımızı yox etməliyik.
 
Bizi qurban rolundan uzaqlaşdırıb xoşbəxtliyə yaxınlaşdıracaq olan seçim, həyata qarşı açıq olmaqdır. Həyata qarşı açıq olanda insanlara, hadisələrə və ya dünyaya şikayətlənmək əvəzinə həyatla "bir" oluruq və həyatla harmoniya içində, anda axırıq. Şikayətlənmək əslində təslim olmaqdır. Həyatımızdan və yaşadıqlarımızdan şikayətlənmək qurban olmağın başlıca səbəbidir. Bir şey etməyə çalışmamaq və sadəcə şikayyətləmək həyatdakı qurban rolunun tipik davranışlarındandır. Qurban rolunu oynamaq əslində əyləncəlidir bilirsiz niyə?! Çünki , bu zaman bütün həyatınızın , davranışlarınızın, seçimlərinizin məsuiyyətlərdən boyun qaçırmış olursunuz. Və hər zaman pis vəziyyətdə olmağınıza kimlərsə səbəb olur  və bele pis hadisələr hər zaman sizi tapır...Sizin üçün çətin olan anlarda , özünüzü kənardan baxan biri kimi düşünün. Bu hal sizə daha sağlam düşünməyə imkan verəcək. Həqiqətən də problemi həll edə bilmək üçün problemə yox , onun həlli yolunu düşünməyə fokuslanmalıyıq. Daxilinizdə bədbəxtlik hissi varsa, onu yadırğayın.Heç bir zaman “xoşbəxt deyiləm” sözünü həyatınızda işlətməyin, həyatınıza gətirməyin. Belə etdiyiniz halda bu ifadəni həyatınıza məcburən yaxınlaşdırırsınız. Xoşbəxt olmamağınızın sadə səsbəbi , o anda yaşadığınız hadisədir.
 
Bağışlayan biri olub bağışladığınız anda qurban rolunuz gedib əvəzində “güclü sən” gələr. Bütün pis vəziyyətlərin müvəqqəti olduğunu anlayanda , özünüzü o hadisələrə daha az bağlayıb , daha rahat olarsınız. Hadisələri və insanları olduğu kimi qəbul edin onlara müsbət və ya mənfi qiymətlədirmələr etməyin . Və insanları heç bir zaman dəyişdirməyə çalışmayın...
 
 
Tərcümə: Sara Məmmədova

ŞƏRH YAZIN