Azərbaycan Efirində İlk Fərdi İnkişaf Proqramı-Uğurlu Saat

0
2949
Azərbaycan Efirində İlk Fərdi İnkişaf Proqramı-Uğurlu Saat

Həyatda mövcud olmaqla yaşamaq arasında dünya boyda fərq var. Mövcud olmaq sadəcə nəfəs alıb verməkdirsə, yaşamaq həyatı bütün gözəllikləri ilə yaşamaqdır. Odur ki, çalışın siz də həyatı gözəl yaşayanlardan olun. Bunun üçün nə etmək lazımdır?

- İnsanlara gözlədiklərindən çoxunu verin, bunu ürəkdən edin.

- Hər eşitdiyinizə inanmayın.

- Bütün pulunuzu xərcləməyin.

- Səni sevirəm dediyinizdə ürəkdən gəlsin.

- Üzr istəyirəm dediyinizdə qarşıdakının gözünün içinə baxın.

- İlk baxışda eşqə inananın.

- Kimsənin xəyallarına gülməyin.

- Mübahisə hər vaxt olar yetər ki söyüşlü davaya çevirməyin.

- İnsanları qiymətləndirərkən qohumlarını bir kənara qoymağı bilin.

- Sürətli düşünüb yavaş danışın.

- İnsanlar cavabını vermək istəmədiyiniz suallar soruşduğunda "Niyə bilmək istəyirsən" deyə siz soruşun.

- Böyük eşqlər və böyük müvəffəqiyyətlər üçün böyük riskləri gözə almaq lazımdır.

- Ananıza laqeyd yanaşmayın.

- İtkinləri qazanılmış dərslərə çevirin.

- Üç "S" qaydasında çaşmayın : Sev, Sevil , Məsuliyyətli ol.

- Kiçik incikliklərin böyük dostluqları bitirməsinə icazə verməyin. 

- Səhvi hiss etdiyiniz anda dayanmasını bilin və düzəltmək üçün dərhal hərəkətə keçin.

- Telefona cavab verərkən gülümsəyin, qarşı tərəf səsinizdəki xoşbəxtliyi eşidəcək.

- Hərdənbir tək qalın və özünüzə vaxt ayırın.

- Dəyişməyə həmişə açıq olun ancaq dəyərlərinizi itirməyin.

- Bəzən ən yaxşı cavab "cavab verməməkdir" unutmayın.

- Daha çox kitab oxuyun, daha az televizora baxın.

- Yaxşı və dürüst bir həyat yaşayın, yaşlanıb geriyə baxdığınızda kefiniz qaçmasın.

- Allahın ipinə sarılın, amma avtomobili də kilidləmədən buraxmayın.

- Sakit bir ev həyatı mühiti yarada bilmək üçün əlinizdən gələn hər şeyi edin.

- Sevdiklərinizlə münaqişə edəcək olsanız yalnız o günün mövzusunu müzakirə edin, köhnə faylları açmayın.

- Müdrikliyinizi paylaşın, bu "əfsanə" olmağa gedən yoldur.

- Dua edin. Möhtəşəm bir güc olduğunu görəcəksiniz.

- Qarşınızdakının sözünü kəsməyin. Hələ sizi tərifləyirsə əsla.

- Başqasının işinə burnunuzu soxmayın.

- Öpüşərkən gözü açıq qalan sevgilidən şübhə edin.

- İldə ən az bir dəfə daha əvvəl heç görmədiyiniz bir yeri görün.

- Çox pulunuz varsa yoxsullara kömək edin. Zənginliyin ən gözəl tərəfi budur.

- Bəzən istədiyinizin olmama ehtimalı vardır unutmayın.

- Əvvəl bütün qaydaları bilin sonra bir iki dənəsini tapdalaya bilərsiniz.

- Ən gözəl əlaqələrdə; qarşılıqlı eşq qarşılıqlı ehtiyaclardan üstündür.

- Müvəffəqiyyətinizi, ona çatmaq üçün nələr itirdiyinizlə ölçün.

- Xarakteriniz bir mənada alınyazınızdır.
 
Korrektə etdi: Hürü Mustafayeva

 

ŞƏRH YAZIN