Hindlilərin Xoşbəxtlik Fəlsəfəsi

0
3602
Hindlilərin Xoşbəxtlik Fəlsəfəsi

Nepal Tantra totemləri xoşbəxt və daha yaxşı həyat üçün bir sıra tövsiyyələr edir: 

- Kəpəkli düyü çox yeyin. 
 
- İnsanlara gözlədiklərindən daha çox şey verin və bunu zövq alaraq edin. 
 
- Ən çox sevdiyiniz şeiri əzbərləyin. 
 
- Eşitdiyiniz hər şeyə inanmayın, sahib olduğunuz hər şeyi xərcləməyin və istədiyiniz qədər yatmayın. 
 
- "Səni sevirəm" deyəndə, bunu ciddi olaraq söyləyin. 
 
- "Təəssüf edirəm" deyəndə həmin insanın gözlərinin içinə baxın.
 
- Evlənməzdən əvvəl ən azı 6 ay nişanlı qalın.
 
- İlk baxışdan sevgiyə inanın.
 
- Başqalarının arzularına əsla lağ etməyin.
 
- Ehtirasla və dərindən sevin. Bəlkə sonradan yara ala bilərsən, amma bu, həyatı bütöv yaşamağın tək yoludur.
 
- Anlaşılmaz vəziyyətlərdə dürüst olun.
 
- Heç kimin qəlbini qırmayın, təhqir etməyin. 
 
- İnsanları qohumlarına görə mühakimə etməyin.
 
- Yavaş danışın, amma sürətli düşünün. 
 
- Biri sizə cavab vermək istəmədiyiniz sual verərsə, gülümsəyin və ən böyük sevginin, uğurların daha böyük riskləri olduğunu xatırlayın.
 
- Ananıza zəng edin.
 
- Biri asqıranda "Sağlam ol" deyin.
 
- İtirdiyinizdən dərs alın.
 
- 3 şeyi unutmayın: özünə hörmət, başqalarına hörmət, hər şeydə məsuliyyət.
 
- Kiçik bir anlaşılmazlığın böyük bir yoldaşlığı pozmasına imkan verməyin.
 
- Telefona cavab verərkən gülümsəyin. Sizi axtaran insan bunu səsinizdən anlayacaq.
 
- Danışmaqdan, söhbətdən xoşlanan bir qadın / kişi ilə evlənin. Yaşlananda danışma qabiliyyətiniz hər şeydən daha əhəmiyyətli. 
 
- Bir az tək qalın. 
 
- Dəyişikliklərə qucaq açın, amma dəyərlərinizi itirməyin. 
 
- Susqunluğun bəzən ən yaxşı cavab olduğunu unutmayın. 
 
- Daha çox kitab oxuyun, daha az televiziya seyr edin. 
 
- Yaxşı və hörmətli bir həyat yaşayın. Yaşlananda keçmişi xatırlayarkən, bir daha necə zövq aldığınızı görəcəksiniz. 
 
- Allaha inanın, amma avtomobilin qapılarını da bağlayın. 
 
- Evdə sevgi dolu bir atmosfer əhəmiyyətlidir. Rahat bir mühit yaratmaq üçün əlinizdən gələni edin. 
 
- Sevdiklərinizlə anlaşılmazlığa düşdüyünüz zaman, o anki vəziyyətə əhəmiyyət ver. 
 
- Keçmişdə çox yaşamayın. Bildiklərinizi paylaşın – bu, ölümsüzlüyü əldə etməyin bir yoludur.
 
- Planetimizə qarşı nəzakətli olun.
 
- Dua edin. Duada ölçülə bilməyəcək bir güc var.
 
- Sevgisini sizə nümayiş edənə mane olmayın.
 
- Başqalarının işinə qarışmayın.
 
- Onu öpərkən gözlərini bağlamaq  bir qadına / kişiyə güvənməkdir.
 
- İldə bir dəfə heç getmədiyiniz bir yerə gedin.
 
- Çox pul qazanırsınızsa, həyatdaykən başqalarına kömək edin. Unutmayın, istədiklərinizi əldə edə bilməmək bəzən böyük bir şansdır.
 
- Bütün qaydaları öyrənin, sonra bəzilərinə uymayın.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN