Lev Tolstoydan 10 Qızıl Qayda!

0
26044
Lev Tolstoydan 10 Qızıl Qayda!

Lev Tolstoy 18 yaşında olarkən xoşbəxtlik və uğur qazanmaq üçün “10 qızıl qayda” tərtib edib və ömrünün axırına kimi bu qaydalara riayət edəcəyinə söz verib. 

1. Tez qalx. Məsələn, saat 5-də.

2. Tez yat. Məsələn, saat 21.00-da.

3. Az ye. Şirniyyatdan uzaq dur.

4. Ev işlərinin bacardıqca özün et. Başqalarına etdirmə.

5. Məqsədlərini böl. Məsələn, bir həyati məqsədin olsun. Amma bunun bəs etməyəcəyini bil və həyatda nail olmaq istədiklərinlə bağlı ayrı-ayrı balaca hədəflərin olsun. Gələn ilin, gələn ayın, gələn həftənin və sabahkı günün hədəflərini ayrı-ayı, dəqiq şəkildə müəyyənləşdir. Hətta bir saat sonranın, bir dəqiqə sonranın planını müəyyən et. Qulağında sırğa olsun: Böyük məqsədlərə gedən yol, kiçik məqsədlərdən başlayır.

6. Qadınlardan uzaq dur.

7. Çox işləyərək ehtirasını öldür.

8. Yaxşı adam ol, amma başqalarının bunu bilməsinə icazə vermə.

9. Gücünün yetdiyindən daha az xərclə.

10. İndikindən on dəfə varlı olsan da, qətiyyən həyat tərzini dəyişmə.

 

 Korrektor redaktor: Salmanlı Ayna

ŞƏRH YAZIN