Mənə Bir Az Özündən Danış

0
2216
Mənə Bir Az Özündən Danış

İnsanların özləri haqqında danışması onları xoşbəxt edirmiş. Bəli bəli. Xoşbəxtlik axtarışına çıxan alimlər araşdırmanın sonunda bu qənaətə gəliblər. Elm adamları tərəfindən edilən araşdırmaya görə, özündən ya da yaşadığı bir hadisədən bəhs etmək insan beynində xoşbəxtlik qəbulunun meydana gəlməsinə gətirib çıxarır. 

ABŞ-dakı "Harvard" Universitetindən elm adamlarının apardığı araşdırma, gündəlik həyatda, ya da internet mühitində özündən danışmağın beynin xoşbəxtlik və həvəs verən dopamin hormonunu artırdığını təmin etdiyini göstərdi.

Elm adamları, özündən ya da yaşadığı bir hadisədən bəhs edərkən şəxslərin beynində seks əsnasında, ya da yemək yeyərkən alınan həzzin bənzərinin duyula bildiyini ifadə etdi.

Araşdırmada iştirak edənlərə, bəzi suallara cavab vermələri üçün az bir mövzu haqqındakı fikirlərini izah etmələri, ya da özlərindən danışmaları üçün isə daha az miqdarda pul təklif edildi.

İştirakçılar özləri haqqda danışmaq və fikirlərini ifadə etmək üçün pul almaqdan imtina etdi.

Qadın və kişilərin danışmalarının yüzdə 30-40 - da, başqalarına fərdi təcrübələrindən bəhs etdiyini ifadə edən elm adamları, ictimai paylaşma saytlarında isə bu faizin yüzdə 80-ə yaxın olduğunu vurğuladı.

Araşdırma Amerikan Milli Elmlər Akademiyasının jurnalında nümayiş olundu.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN