Mənim Dünyam

0
2339
Mənim Dünyam

Hər birimizin özümüzün öz daxili dünyamız var. Bizi sevindirən və sıxan durumlar məhz burda paylaşılır, bizimlə həmsöhbət olan, bizə məsləhət verən və dayaq olan da elə özümüzük, bizim "mən" deyə adlandırdığımız o dəyərli sirdaşımız. Kiçik yaşlarımızdan bu günə qədər bizim yaşantımızda baş verən hadisələr bizə ya yaxşı yöndən təsir bağışlayıb şüuraltımızda yer edəcək, ya da travmatik olaraq bizimlə illərcə yol gedəcək . İlk olaraq özümüz öz dəyərimizi dərk edib sevməliyik. Mən azadam o qədər azadam ki azmıram. Mən cahil deyiləm və azad seçimli bir gəncəm. Bu seçim mənə gözəl yaşamağı, gözəl düşünməyi, gözəl ətraf toplamağı öyrədir.

İç səsimizə, özümüzə çox etibar etməliyik . Biz tək deyilik, bunu anlamalıyıq , axı məni ən çox xoşbəxt edən doğru seçimim, mənim uğurlarımdır, nədən məhz bu istiqamətə köklənməliyi ki...
 
Əgər özümü inkişaf etdirməyi unudub , ətrafdakı xoşagəlməzlikləri müzakirə etməyə zaman ayırsaq, onda bizdə heç nə alınmayacaq . Uşaqlıqda hər birimizin rəngarəng arzularımız olub, o şirin və rəngli yuxularımız kimi. Daha çox cəsarətli dövrümüz uşaqlıq yaş dövrümüz olub, cəsarətlə mənim olan oyuncağı gözəl yaşıdlarımla  həm paylaşa, həm də dostlaşa bilirdik. Əslində o uşaqliq cəsarətimiz bizdə hər zaman var, onu olmazlar, qadağandır deyə, ayıbdır kənar düşüncələr , ən əsası doğrunu səhv olaraq qəbullandığımız an içimizdəki o kiçik saf uşağı kiçildib əzirik.  
 
Uşaqlığımda tez-tez dostlarımla gəlin birlikdə oyunlar oynayaq , sən ana ol mən uşaq olum deyirdim maraqlıdır ki, mən deyirdim dostlarım da fikrimlə razılaşıb birlikdə oynamağa başlayırdıq. Biraz daha böyüdüm artiq oyun ortamında "cığallıq" deyə bir termini tez - tez eşidirdim, artıq yalan, inamsızlıq daxil olurdu oyunumuza. Beləcə oyunlar artdıqca oyunlarda lider olmaq istəyənlər çoxalırdılar, mən isə lider olmağımdan heç zaman imtina etməmişəm. Bəlkə də daha gözəl dostlarla oyun oynamağı seçməyim üçün digər liderlərə diqqət yetirirdim. Mənim öyrəndiklərim, öyrənə bildiklərimin isimlərini asanlıqla çəkə bilərəm. Mənim dünyam cığallığı anlayıb, yalnız onu seçməyib. Biz böyüdükcə məqsədlərimiz də böyüyür, əgər biraz çətinlik varsa, arzularımızın reallaşmasında bu bizim bəxtsizliyimiz deyil, daha gözəl qalib olmamız üçün daha cəsarətli və düzgün hərəkət etməmizə işarədir.
 
Üsyan etməyək, bu bizi daha da mənfiyə aparacaq , casarətsizlik obrazını özümüzə seçim etməyək. Bacararam, alınar, əlbəttdə alınacaq deyə düşünsək, düşüncəmiz də pozitiv qalacaq, seçimimiz də, variantlarımız da elə nəticələrimiz də. Mənim dünyam sevməyi, sevgini, yaşamı, həyatı var olan, mövcud olan bütün gözəllikləri sevərək seçim edib. Kaş ki, uşaq olaydım demirəm, nə yaxşı ki hələdə içimdəki uşağı qoruyub saxlamışam. Onu kiçiltməmişəm, ona cəsarət və onun bacaracağına inanmışam. Bu gün ətrafımda olan hər kəsi sevirəm, çünki seçimlərim, seçdiklərim mənim üçün çox dəyərlidirlər. 
 
 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN