Qidaların möcüzəsi ...

0
1926
Qidaların möcüzəsi ...

 Qadınları necə xoşbəxt etmək olar? Bəzən bu çox asan, bəzən isə, çox çətin olur. Bu hər zaman belə olub. Hətta 30-cu illərdə də.


1930-cu illər... İqtisadi böhranın dünyanı sarsıtdığı 1929-cu ilin sonrası...

Qadınlar artıq daha şüurlu və daha ictimai olmaq üçün mübarizələr verir. Qadın - kişi bərabərliyi mövzusunda seminarlar təşkil edilir və qadın cəmiyyətlərinin sayı artır. Bunlardan bir dənəsi də Amerikanın Kaliforniya əyalətində qurulan "Confederation of Women's Society" adlı cəmiyyətdir. Bu cəmiyyət qadınlar haqqında nəşr etdiyi bülletenlərlə diqqət çəkir. 1930-cu ildə bu cəmiyyətin başçısı Madam Jackson bütün qadınlar üçün bir bəyannamə (yazılı məlumat) nəşr edir və əgər qadınlar bu 10 qaydanı tətbiq etsə xoşbəxt olacağını açıqlayır. Bu məlumat bütün dünyada da diqqəti cəlb edir. Məlumatın başlığı isə "Məsud Olmağın 10 Şərti". O zamanlar internet yox idi. Yalnız qəzetlərdə nəşr oluna bilir.

Qadınları xoşbəxt edəcək 10 qayda

1. Həyat yoldaşınızı, tanışı olan qadınlara görə günahlandırmayın. Söylədikləri haqqında şübhə duyub araşdırmaya qalxmayın. Hər qadının seviləcək bir tərəfi vardır. Bu səbəblə əriniz sizdə qüsur deyil gözəllik görər. Ən yaxşısı tanış olduğunuz qadınların gözəlliyinə və çirkinliyinə ərinizin diqqətini çəkməməkdir.

2. Əriniz evdə ikən, evdə edəcəyiniz işlər üçün ərinizi narahat etməyin.

3. Daimə gülərüzlü və şən olun.

4. Ərinizə olduqca ağıllı, qüvvətli və cəsur olduğunu hər fürsətdə söyləyin.

5. Ərinizi sevin və daim sevginizi göstərin , lakin sulu və yapışqan olmayın.

6. Ərinizin hər ay sizə verdiyi pulu idarəli istifadə edin.Hər yerə borc etməyin.

7. Evin ehtiyaclarını qarşılayarkən dükana, meyvəsatana pul verməyərək o pul ilə özünüzə paltar almaq kimi davranışlar etməyin.

8. Hər mövzu haqqında ərinizin fikirini alın.

9. Ərinizlə həftədə 2 gecə çölə çıxın. Digər gecələrdə isə ərinizin evdə rahatlamasına diqqət yetirin.

10. Qayınananızın və ananızın xüsusilə Bazar günləri evinizə gəlməsi üçün səy göstərin. Çünki, iki ana da ərinizlə aranızı açmağa meyllidir.

1930-cu illərdə qadını xoşbəxt edəcək 10 qızıl qayda budur. İndiyə görə bəzi maddələr qadınları narahat edəcək növdəndir amma bəzi maddələr bu gün üçün hələ etibarlı kimi görünür.

ŞƏRH YAZIN