Meyvələrdən gələn XOŞBƏXTLİK

0
1790
Meyvələrdən gələn XOŞBƏXTLİK

 Xoşbəxt olmaq bu qədər asan olmamışdı. Necə? Sadəcə bir neçə meyvə yeməyiniz kifayətdir. Hansı meyvələri???


Tərkibində endorphin olan meyvələr xoşbəxtlik bəxş edir. Bu meyvələr xoşbəxtlik bəxş etməklə yanaşı, bir çox xəstəliklərdən qoruyur.

Həmin meyvələr bunlardır

Çiyələk: C vitamini olan çiyələk, ifrazat vəzlərini hərəkətə gətirərək bədənə gənclik və qüvvət qazandırır. Yüksək təzyiqin aşağı düşməsinə kömək edir və damarları təmizləyir. Həmçinin, xərçəng xəstəliyinə qarşı mübarizə aparır və böyrəkdə daş əmələ gəlməsinin qarşısını alar. 

Banan: qoxusu ilə birlikdə xoşbəxtlik gətirən əsl endorphin anbarıdır. Hirsli və əsəbisiniz? Bu halda mağazaya gedin və banan alın. Kalsium və maqneziumun bol olduğu banan, stressin yox olmasına da kömək edir. Əsəb xəstələrinə isə hər gün yeməkdən əvvəl bir banan yemələri tövsüyyə olunur. 

Üzüm: qırmızı və ağ üzüm yeyən hər kəs ətrafına öz gülüşü ilə sevinc qatır. Üzümün tərkibində qana qarışan çoxlu miqdarda şəkər var. Zehni fəaliyyətlə məşğul olanlar üçün üzüm yaxşı qidadır. Üzümün tərkibindəki bol dəmir qanın çoxalmasına kömək edir. Təzə sıxılmış üzümün suyunu üzə və boyuna çəkib on dəqiqə saxlasanız çox yaxşı effekt verər. Bu zaman üz daha canlı və parlaq görünür. 

Portağal: Portağalın tərkibində C və B vitamini var. Bu vitaminlər isə insana dinamiklik və hərəkət verir. C vitamini incə və qalın damarların yumşaq qalmasını təmin edir. Bədənin müqavimət gücünü artırır. Qrip olanda aşağıdakıları qarışdırıb içmək tez sağalmağa kömək edir.

Portağal suyu, şəkər, isti su və bir qədər şərab. Qanın durulmasına və təmzimlənməsinə kömək edir. Portağal həzm sistemini də yaxşılaşdırır. Portağal mürəbbəsi isə qaraciyərə müsbət təsir göstərir.

ŞƏRH YAZIN