Müasir Meditasiya Metodu

0
2801
Müasir Meditasiya Metodu

Klassik meditasiya üsulu səssiz bir mühit istər. Tüstülər, konsentrasiya, musiqi və daha çox bol zaman istər. Təbii bu üsul pisdir demirəm. Lakin ümumiyyətlə bu qədər çox zaman ayıra bilmirik (ən azından mən ayıra bilmirəm). O halda bizə fərqli bir üsul lazımdır. Bu üsul şəhər həyatına uyğun olmalıdır. Yəni səs-küydən, hərəkətdən və konsentrasiyanı poza biləcək heç bir şeydən təsirlənməməlidir və hər zaman, hər yerdə edə biləcəyimiz bir üsul olmalıdır.

Bədən, görünür ruhdan başqa bir şey deyil və ruh isə görünməyən bədəndir.
                                                                                                       Osho
 
 
Bu üsulun adı fərqindəlik ilə meditasiyadır
Fərqindəlik, qısa olaraq ətrafımızdakı hər şeyin fərqinə varmaq halıdır. An içində qalma və anı təhlil etmə müddətidir deyə bilərik.
 
Əvvəlcə, etməmiz lazım olan baxış bucağımızı artırmaqdır. Ətrafımızdan uzaqlaşmaq yerinə ətrafımızı izləyəcəyik. Məsələn avtobusdayıq və ya metroda, ətrafımızdakı hər şeyə (başımızı çevirmədən yalnız ətrafımızda olan şeyləri araşdıracağıq) ətraflı şəkildə baxacağıq. Bu üsul ilə diqqətimizin sərhədlərini zorlayacayıq. Görüş bucağımızın kinsentrasiyasını  artıracağıq. Bu anda başqa bir şey düşünməyin yalnız ətrafınızdakı hadisələrə fokuslanın.
 
İkinci:
Ətrafımızdakı səs-küyə konsentrasiya olmaq. Səs-küy deyirəm çünki bunu bu şəkildə qəbul edirik. Bu səsləri öz mənaları ilə anlamağa başlayırıq. Bu sayədə səslərdən qaçmaq məcburiyyətində deyilik. Əslində nə qədər çox səs o qədər çox meditasiya deyə bilərik.
 
Üçüncü:
Geri qalan hər şeyin fərqinə varın, məsələn bədəninizdəki ağrılara, istiliyə, nəfəsə fokuslanın. Qoxuları duyun, yemək qoxularını, havanı və digər hər şeyin fərqində olun. Şərh etməyin, yalnız fərqində olun. Bu sayədə meditasiya etmək artıq çox daha asan. Gündə 5 və ya 10 dəqiqə ayıraraq bu meditasiyanı, hər yerdə edə bilərsiniz.
 
Bu taktika ilə meditasiya etmək daha asan və sürətlidir.
 
 

 
 

Tərcümə etdi: Zülfiyyə Sərdarova

ŞƏRH YAZIN