Necə xoşbəxt ola bilərsiniz?

0
2756
Necə xoşbəxt ola bilərsiniz?

 Xoşbəxt olmaq istəyən hər bir kəs türk mütəxəssislərin bu məsləhətlərini diqqətə alsın.


1.Həyat şərtlərinizi danışmağı, yeməyi, çay-qəhvəni aramla için. Çalışın anın dadını çıxarasınız. 
 
2.Yeniliklərə açıq olun. Unutmayın ki, hər bir yeniliyin çətinlikləri ola bilər. 
 
3.Ümidinizi əsla itirməyin. Xəyal qurmağa və arzulamağa davam edin. Amma bunun sonunda xəyal qırıqlıqları yaşaya biləcəyinizidə unutmayın. 
 
4.Mükəmməl olmaqdan daha çox, yaxşı olmağa çalışın. Sadəcə yaxşı olmaqla özünüzə xəta etmək haqqı da vermiş olarsınız. 
 
5.Hər şeydən öncə özünüzə zaman ayırın. Bol-bol gülün. Ürəkdən gülmək, ətrafınızdakılara daha çox vaxt ayırmaq sizin daha çox sevilməyinizə yol açacaq. 
 
6.Özünüzlə təmas qurun. Nə istədiyinizi. necə hiss etdiyinizi düşünün. özününzün nə istədiyini bilməsəniz, başqaları ilə ünsiyyət qurmaqda çətin olacaq. 
 
7.Balanslaşdırılmış bir həyat sizin həyatınızı yüngülləşdirəcək. Xüsusilə yuxu, yemək, iş arasında. Hər şeyin azı və ifratı arasında seçim etməyə çalışın. 
 
8.Gözləntilərinizə nəzər salın, mümkündürsə bir az azaldın. 
 
9. Kiçik və ya böyük uğurunuzdan asılı olmayaraq özünüzü mükafatlandırın. 
 
10. Həyat sizə verilən bir haqqdır. Bunun üçün də olmaq istədiyiniz insan olun. 
 
11.Sevməyin verdiyi xoşbəxtliyi hiss edin.

ŞƏRH YAZIN