Niyə kasıbıq?

0
7302
Niyə kasıbıq?

Bu yazı sizin yoxsulluqla bağlı düşüncələrinizi dəyişəcəkdir.

Yoxsulluq nədən qaynaqlanır? Düzgündürmü ki, bunun səbəbi bizim genetikamızla bağlıdır?
Biznes-trener və məşhur qiraətçi Nataliya Qreys son kitabında bu suala cavab tapmağa çalışıb. O, genetik yoxsulluğun mövcudluğuna əmindir. Əsas sual da budur: Niyə insanlar özünü səfalətə görə proqramlaşdırır?

Məlum olur ki, buna təsir edən 4 əsas faktor var.

1. Mentalitet
Uşaq vaxtı evdə sinif yoldaşlarımla birgə, böyüklər görənə kimi divanda tullanırdıq. Bizi divanın yayları və tullandıqca çıxan toz da sevindirirdi. Biz tullandıqca onlar havada uçuşurdu. İyirmi il sonra uşaqlıq rəfiqəmin evinə girəndə, heyranlıqla küncdəki divana baxırdım. Bu həmin divan idi. Xatırladığım qədər, o heç də dəyişməmişdi, amma evdə hökm sürən yoxsulluğun və miskinliyin şokundaydım. Beynimdə yeni divanın, sınıq- salxaq stulların, çatlaq güzgünün yenisi ilə əvəzlənməsinin nə qədərə başa gələ biləcəyini hesabladım. Rəfiqəmlə danışdığımız müddətdə xəyalımda tavanı ağardır, divar kağızını dəyişir, divanın altında yığılan zir-zibili atırdım. Düşündüm: "Bəlkə, pulla bağlı problemləri var?"

Beynim buna qarşı müqavimət göstərirdi və mənə rəfiqəm üçün yeni süfrə almağı təklif edirdi. Hara baxırdım, hər yanda sınıq, kirli, ləkəli nəsə görürdüm.

Birdən beynim mənə sual verdi: Niyə yoxsulluqla yanaşı, həmişə kir var?

Mən isə bu sualı sizə verirəm.

"Həmişə" sözünü "hərdən" sözü ilə də əvəzləsək, heç nə dəyişməz. Kir - pulsuzluğun göstəricisi deyil. Kir - tənbəlliyin, əhvalsızlığın, ruh düşgünlüyünün göstəricisidir. Kir - hardasa insanın şəxsi mentalitetinin göstəricisidir. Necə ki, kir və yoxsulluq qonşudur, yoxsulluq da şəxsi menatlitetin təzahürüdür.

2. Meşşanlıq
Məktəbdə çox gözəl rus dili müəllimim vardı - Tamara Qiorqevna, ağıllı və uzaqgörən qadın idi. Onun bir fikri heç vaxt yadımdan çıxmır: "Meşşanlıq nədir? Meşşanlıq köhnə fincandan su içməkdir. Halbuki təzəsi servantda durur".

Əksər evlərimizdə qara gün üçün pul yığılır, şad gün üçün bir xeyli stəkan servantda tozlanır. Nədənsə şad gün nadir hallarda baş verir, qara günlər isə həyatımızın əsasını təşkil edir. Kim ki, xoşbəxt gələcək üçün daim gözləmə mövqeyində olur, onun üçün xoşbəxtlik gəlib çıxmır. Gözləmə mövqeyi, köhnə kirli əşyaların istifadəsi, nəinki, bizim həyatımıza, hətta bizim övladların mental düşüncələrinə də təsir edir.

Gözləmə mövqeyində olan insanların gələcəyi təssüfdən başqa heç nə vəd eləmir

3.”Zoluşka” kompleksi
Bir qadın tanıyıram. 20 ildən artıqdır bağ üçün pul yığırdı. Təkbaşına iki qız övladını böyüdürdü. Qızlar yarıac yaşayırdı. Evin menyusunda yeməyə ancaq sıyıq vardı. Böyük qız mənə deyirdi ki, həyətə köhnə, dizləri süzülmüş vilvet şalvarda çıxanda utanır. Əslində qadının maaşı onların normal dolanmağına və ildə bir dəfə dincəlməyinə imkan verirdi. Qadın axır ki, bağ aldı. Qızların ikisi də bağa maraqlarının olmadığını bildirdilər. Həmişə deyinirdilər ki, anaları "qadın necə olmalıdır” anlayışını onlarda yetişdirməyib. Qızlarda "Zoluşka kompleksi” formalaşmışdı. Onlar sürtülmüş kreslo, köhnə qab-qacaq görməyə adət etmişdilər. Nəticədə böyüyəndə özlərinə pul xərcləməyə qorxurdular. Nəsə yeni bir şey alanda özlərini diskomfort hiss edirdilər. Əlbəttə ki, bu tendensiya onların cəmiyyətlə əlaqəyə girməsinə, özlərinə daha yaxşı ər seçməsinə də təsirsiz ötüşmədi. Demək, dostlar, qızların qanına işləyən bu xüsisiyyətə "genetik yoxsulluq" deyirlər.

Özünə pul xərcləməmək qorxusu sizi yoxsul edir!

4. Şüuraltı proqramlaşma
Köhnə, sökülən divarlar görən uşaqlar şüuraltı olaraq yoxsulluğa proqramlaşdırılır. Yeniyetməlik vaxtı onlar bunun acısını çəkməyə başlayırlar. Anton Pavloviç Çexov qeyd edirdi: "Köhnə divarlar və kirli koridorlar tələbələrin təhsilə yiyələnməyinə pis təsir edir.

Kir və pulsuzluq insanı psixoloji olaraq kilidləyir. Bu vəziyyətin gətirdiyi nəticə isə uğursuzluqdur.

Siz, bəlkə mənimlə razılaşmayacaqsız. Yoxsulluğun səbəbi bəzi insanlardır. Sizin qarşınızı kəsir və inkişaf edib, pul qazanmağınıza imkan vermirlər. Mən sizə "yox”deyəcəm.

"Yox” və "yoxsulluq” sözünün kökü eynidir. Özünüzdən "yox” sözünü uzaqlaşdırın, həyatın hər yeniliyinə, "yox”un yerinə "hə” deyin. Mənə "varlı” sözü necə xoş gəlir. Sözün kökü "var”dan ibarətdi. Var olmaq insanın ruhi vəziyətinin var olmasının göstəricisidir.

Bir daha vurğulayaq: Yoxsulluq, varlılıq sizin ruhi və zehni vəziyyətinizin göstəricisidir.
 

ŞƏRH YAZIN