Onlar Daha Xoşbəxtdir

0
2451
Onlar Daha Xoşbəxtdir

Xoşbəxtlik axtarışında olan araşdırmaçılar çox maraqlı nəticə ilə qarşılaşıblar. Onların qənaətinə görə tez yatıb, tez yuxudan oyananlar digərlərindən fərqli olaraq, daha xoşbəxtdir.

17-38 yaş arasında 435, 59-79 yaş arasında 300 insanın yuxu vərdişləri və əhvalı dəyərləndirilib. Nəticədə tez yatıb, tez yuxudan oyananların daha xoşbəxt olduğu, gec yatan və oyanmaqda çətinlik çəkənlərin isə 8 saat iş marafonuna güclə tab gətirdiyi ortaya çıxıb.

Yuxudan tez oyananların əhvallarıyla yanaşı, immunitet sistemi də güclü olur.

Mütəxəssislər əsasən, yaşlı insanlara tez oyanmağı məsləhət görür. Yuxudan tez oyananların daha sağlam olduğu araşdırma sayəsində bir daha sübut olunub.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN