Optimist Olmaq

0
3817
Optimist Olmaq

Motivasiya ilə bağlı çoxsaylı ədəbiyyatlarda və özünü-təkmilləşdirmə kitablarında təəccüblü dərəcədə sadə bir çağırışa rast gəlmək olar: inanın ki, uğur sizə çox asanlıqla gələcək və həqiqətən də o gələcək.

Bu arqumentin əsas problemi odur ki, bu fikir tamamı ilə yanlışdır.  Lakin təəssüflər olsun ki, bu heç kəsi belə fikirləşməkdən daşındırmır.

Əslində isə uğurun asanlıqla gələcəyinə inanmaq nəyinki gərəksizdir, həmdə dəhşətlidir. Bu məsləhət yalnız o vaxt faydalı sayıla bilər ki, sizin məqsədiniz məsləhəti verəcəyiniz adamın işlərini pozmaq olsun. Bu uğursuzluq üçün bir reseptdir. Xeyr, mən heç də bu məsəli şişirtmirəm.

Bəs bu necə ola bilər? Məgər nikbinlik yaxşı bir şey deyil? Bəli elədir. Optimizm və özünə inam hədəflər təyin etmək və onlara çatmaq üçün motivasiya yaratmaqda, onun davamlığını təmin etməkdə ən vacib elementlərdir. Nəzəri psixologiyanın banislərindən biri olan Albert Bandura on illər bundan öncə kəşf etmişdir ki, fərdlərin müvəffəqiyyətinin ən yaxşı öncə görücü faktoru, həmin insanların uğur qazanacağına inanıb-inanmadığından asılıdır. Minlərlə təcrübələr aparılsa da hələ də onun yanıldığını sübuta yetirmək mümkün olmamışdır.

Lakin burda çox zərif bir nüans var: müvəffəqiyyətli olmaq üçün, sizi uğur qazanacağınıza olan inam ilə, sadəcə çox rahatlıqla uğur əldə etməyə inanmaq arasındakı həyati fərqi dərk etməlisiniz. Başqa cür ifadə etsək, bu realist optimist olmaq ilə qeyri realist optimistlik arasındakı fərqi göstərir.

Realistik optimistlər (Bandura bu insanlar haqqında belə nəql edirdi) uğur qazanacaqlarına inanırlar, lakin həm də başa düşürlər ki, bu uğura nail olmaq üçün əzmkarlıq, diqqətli planlama, dözümlülük və düzgün strategiyalar seçmək tələb olunur. Onlar yollarına çıxan maneələri necə dəf etməli və əngəlləri necə aradan qaldırmaq barədə ciddi düşünməli olduqlarını da bilirlər. Bu hazırlıq onların işlərin öhdəsindən gəlmək qabiliyyətinə olan inamını  daha da artırır.

Digər tərəfdə olan qeyri realist optimistlər isə gec-tez uğurun onların da başına gələcəyinə inanırlar. Onlara elə gəlir ki, dünya-aləm özü müsbət fikirlərinə görə onları mükafatlandıracaq və ya onlar bu və ya digər formada istənilən növ maneəni aradan qaldırmaq iqtidarında olan bir insana çevriləcəklər (onlar yaddan çıxarırlar ki, hətta Supermenin də Kriptoniti, bütün məsələlərə görə narahat olan gizli şəxsiyyəti və şəxsi münasibətlər də problemləri vardı).

Qeyri-real optimizmin təhlükələrinin ən aşkar nümunələrindən biri çəki itirmə ilə bağlı araşdırmada üzə çıxmışdır. Psixoloq Gabriele Oettingen çəki itirilməsi ilə bağlı proqrama qoşulmuş ağır çəkili (kök) xanımlar arasında belə sorğu aparmışdır ki, onlar öz məqsədlərinə çata biləcəklərinə dair özlərini nə qədər əmin hiss edirlər.  O, aşkar etdi ki, gözlənildiyi kimi çəkisinin itirilməsinə inanan xanımlar, özünə əminsizlik ilə yanaşan xanımlarla müqayisə 26 funt daha çox arıqlamışlar.

Həmçinin də Oettingen qadınlardan xahiş etmişdir ki, onlar müvəffəqiyyət yollarını necə təsəvvür etdiyi barədə ona danışsınlar –onlar tamah hissinə qarşı müqavimət göstərəndə çox əziyyət çəkəcəklərmi ya hər hansı bir konfrans zalında dadlı kökələrdən imtina etmək və ya “bacardığın qədər ye” kafelərdən yan keçmək onlar üçün “bir su içimi qədər asandır”. Nəticələr insanları mat qoyurdu, o qadınlar ki, hər şeyi çox rahat əldə edəcəyinə inanırdı, digərləri yəni arıqlamaq səfərinin heç də park gəzintisi kimi asan bir məsələ olmadığı haqda düşünənlər ilə müqayisədə 24 funt az arıqlamışdılar.

O, eyni qəbildən olan nəticələrə kolleci bitirdikdən sonra yüksək əməkhaqqı verilən iş tapmaq istəyən tələbələrdə, əbədi sevgilərini tapmaq niyyətində olan subaylarda və ya təzəlikcə bud replantasiyası (köçürmə əməliyyatı) yaşamış insanlarda da rast gəlmişdir. Realist optimistlər daha çox yerlərə iş müraciəti edir, CV göndərir, öz potensial romantik tərəfdaşına yaxınlaşmaqda daha cəsarətli olur və öz reabilitasiya çalışmaları üzərində daha səylə çalışırlar. Hər bir halda bu onları uğur göstəricilərinə daha da yaxınlaşdırır.

Müvəffəqiyyət yolunun enişli-yoxuşlu və ya sıldırımlı olmasına inam daha böyük uğur təmin edir, çünki belə yolda siz daha ehtiyatlı davranırsınız. O insanlar ki, müvəffəqiyyət qazanacaqlarına inanırlar və eyni inamla  da bunun heç də asan olmayacağını düşünürlər, daha çox can qoyur, yola çıxmaqdan öncə problemləri necə həll edəcəyini planlayır və çətinliklərə qarşı daha davamlı sinə gəlirlər.

Qeyri realist optimistlər isə siz öz problemlərinizdən cana yığılıb bunu dilinizə gətirəndə, kursdan geri qaldığınızı deyəndə və  ya qarşınızda olan əngəllər haqqında danışanda sadəcə “neqativ düşünmək lazım deyil” sözlərindən başqa heç nə deməməyə rəğmən özlərini çox hiss xoşbəxt hiss edirlər. Əslində bu cür düşünmə tərzi yalnız uğurlu cəhdə başlanğıc üçün yaxşı ola bilər. Təkcə optimizmə güvənərək iş görmək ağlabatan deyil. Hər şeyi -kənar amilləri istisna edərək, yalnız öz istədiyimiz şeylərdə fikrimizi cəmləmək, çox sadəlövh və məntiqsiz düşüncə tərzdir və bu tərz iri şirkət liderlərini (bəzi hallarda bütün şirkətin özünü) qaynar quyuya salmışdır.

Realist optimizmi müsbət meyllər ilə sizi gözləyən çətinlikləri vicdanla dərki ilə bir araya gətirərək yaradın. Siz uğurun özünü yox, onun baş verməsi naminə atacağınız addımları təsəvvür edin.

Heidi Grant Halvarson fəlsəfə doktoru (Ph.D), motivasiya psixoloqu Müvəffəqiyyət: biz məqsədlərimizə necə nail ola bilərik (Succeed: How We Can Reach Our Goals Hudson Street Press, 2011) kitabının müəllifidir.  O həmçinin Fast Company and Psychology Today şirkətində motivasiya və liderlik üzrə bloq mütəxəssisdir.

 

ŞƏRH YAZIN