Konsentrasiyanın Gücü

0
3561
Konsentrasiyanın Gücü

Hər birimiz bu dünyaya eyni şərtlərdə göz açmasaq da, hər birimiz Tanrı tərəfindən bizə bəxş edilən xüsusi istedada malikik. Hər birimizin müxtəlif bilik və bacarıqlara və özünəməxsus keyfiyyətlərə sahib olması bunun bariz nümunəsidir.
 
Təəssüf ki, bir çox hallarda qarşımıza çıxan manelərə təslim olub həyat şərtlərinə boyun əyərək öz potensialımızı buxovlayırıq. Ən təhlükəlisi isə uğur dərslərini uğursuzluqla barışmış insanlardan alırıq. “Ayağını yorğanına görə uzat, Az aşın ağrımaz başın, Çox istəyən azdan da olar, Sən nə edirsən et xeyri yoxdur, gərək inssanın bəxti olsun” kimi ifadələrlə verilən dərsləri çox dinləmişik. Hətta, bu dərsləri bizə bəzən ən yaxınlarımız, bizi sevən, xoş niyyətli insanlar öyrətməyə çalışıblar. Həyatımızın ən çətin anlarında məruz qaldığımız bu zəiflədici təsirlər potensialımız, uğurumuz və öz həyatımız üçün böyük fəsadlara gətirib çıxarır. Çünkü, bizim bu həyatda özümüzü reallaşdırmaq və uğur qazanmaq üçün yeganə sərmayəmiz öz potensialımızdır.
 
Hər kəs bir istedadla doğular. Hər birimizin bir-birindən fərqli qabiliyyətləri var. Bir çox səbəbdən, xüssusilə də bəhanələrə sığınaraq öz gücümüzdən imtina edir, öz potensialımıza, bir sözlə özümüzə xəyanət edərək özümüzü cılızlaşdırırıq.
 
Öz potensialımızı kəşf etməliyik. Öz potensialımızı inkişaf etdirməliyik. Öz potensialımızı maksimum səviyyədə işlətməliyik.
Öz potensialımızı görməsək, öz potensialımızı işlətməsək həyatımızı yaxşılaşdıra bilmərik. Öz potensialımızı qiymətləndirməsək uğur qazana bilmərik.
 
Unutmayaq ki, potensialımız uğur sərmayəmizdir.
 
Rəşadət Hidayətov
 
 

ŞƏRH YAZIN