Özümüzü işə necə motivasiya edək?

0
3766
Özümüzü işə necə motivasiya edək?

Statistika göstərir ki, hazırda dünyada 100 milyondan çox insan depressiya ilə yaşayır. Belə ki, müasir dövrün xəstəliyi olan depressiya artıq uşaqlarda da müşahidə edilir. Mütəxəssislər kömək etməyi xoşlayan insanlarda əhval ruhiyyənin yüksək olduğunu söyləyirlər. Başqalarına kömək etmək müsbət duyğuları inkişaf etdirir. Kömək etdiyiniz insanla ünsiyyət qurarkən təklik hissi azalmaqla yanaşı insanın özünüzə və yaşadığı dünyaya güvən hissi artır. Kömək etmək insanın özünə qarşı hörmət və sevgi hissini gücləndirir. 
İnsan öz gündəlik həyatının 10 dəqiqəsini müsbət davranışlara ayırması, uzun müddət əhval ruhiyyəni yüksək səviyyədə saxlayır. Pozitiv hərəkətlərin hər gün yerinə yetirilməsi beyində depressiya ilə əlaqədar bəzi strukturların qan dövranını gücləndirir. 
Depressiyasız həyatın ən vacib şərtlərindən biri də pozitiv düşüncədir. Mənfi düşüncə depressiyaya düşməyə real şəait yaradır və onun müalicəsini çətinləşdirir. Bir sözlə, pozitiv düşüncə ruhi vəziyyətə yaxşı təsir edir və depressiyaya qarşı müqavimət yaradır. Belə düşünmə xüsusiyyətinə sahib olan insanların ünsiyyətləri və insanlarla münasibətləri də daha sağlam olur ki, bu da onları xoşbəxt edir. Etibarsızlıq, pessimizm, insanlarla əlaqələrin pozulması depressiya üçün risk faktorudur.

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN