Pulla Satılmayan Xoşbəxtliyimiz

0
2136
Pulla Satılmayan Xoşbəxtliyimiz

Bəzən xoşbəxt olmaq üçün pul gərəksə də, bu hər zaman belə olmur. Sahib olduqlarımız dəyərlər belə, bizi xoşbəxt edə bilir. 

Sağlamlığın varsa xoşbəxtsən...

Sağlam olmaq üçün müalicə və həkim xərclərini qarşılaya bilmək də əhəmiyyətlidir, amma sağlam olmaq sizə təbii olaraq gələn bir lütfdür. Bir çox insan sağlamlığını itirmədən bunun dəyərini təəssüf ki, anlaya bilmir. Siz, onlardan olmayın və sağlam oyandığınız hər gün üçün şükür edin.

Səviyyəlisənsə xoşbəxtsən...

İndiki vaxtda bir çox sonradan görən, zəngin və səviyyəsiz adamlar var. Belə bir dövrdə səviyyənizi qorumaq, tərbiyəli, mədəni olmaq həqiqətən də böyük bir amacdır.

Qabiliyyətlisənsə xoşbəxtsən...

Hər kəsin mütləq özünə xas bir qabiliyyəti vardır. Qabiliyyət  pul gətirə bilər, amma pulla alına bilməz. Öz qabiliyyətlərinizin fərqinə varın və buna sahib olduğunuz üçün şükür edin.

Məmnunsansa xoşbəxtsən...

Pulun ala bilməyəcəyi bir başqa şey məmnunluq duyğusudur. Gördüyünüz işdən, etdiyiniz əməldən məmnun olmaq həqiqətən də böyük bir şansdır.

Eşq...

Eşq, bir insanın yaşaya biləcəyi ən güclü, qorxuducu və gözəl hissdir. Heç bir pul bu hissi qarşılaya bilməz. Gerçək eşqə sahib olmaq bir şansdır.

Zaman...

Zaman puldan daha çox qiymətlidir. Birinə təklif edə biləcəyiniz ən yaxşı şey zamanınızdır və ehtiyacı olan biriylə vaxtınızı paylaşmanız çox qiymətlidir.

Günəşin doğmasını və batmasını izləmək...

Təbiətin bu möcüzəsini hər gün yenidən görə bilmək belə, nə qədər şanslı olduğunuzu göstərir. Bir çox adam artıq bu gözəl mənzərəni görə bilmir...

Gülmək...

Yoldaşınızla, sevgilinizlə, ailənizlə olarkən gülə bilmək, qəhqəhə çəkə bilmək puldan çox daha qiymətli və əhəmiyyətlidir. Gülmək özünüzü yaxşı hiss etmənizin təminatçısıdır və əhvalınızı yüksəldərək sizi xoşbəxt edər.

Həyatın dadını çıxarmağı bacarın! Pul sizin üçün bir məqsəd deyil, bəzi durumlar üçün yalnız bir vasitə olsun!
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN