Qoxular haqqında

0
2149
Qoxular haqqında

Bir çoxumuzda yaşlı insanladan xoşagəlməz iy gəldiyi ilə bağlı fikir formalaşıb. 

 
Araşdırmalar həqiqətən də yaşlıların özünəxas bir qoxusu olduğunu isbat edir. Müəyyən bir şəkildə aparılan araşdırmanın nəticəsində məlum olub ki, sən demə, yaşlı insanlardan gələn iy onların yaşlanması ilə bağlı bədənlərində yaranan qoxudur. 

Bir çoxumuz yuxululuğu aradan qaldırmaq üçün qəhvənin ən effektiv vasitə olduğuna inanaraq səhərlər mütləq bir fincan qəhvə içirik. Lakin araşdırmaların nəticəsinə görə, yuxulu vəziyyətdən ayılmaq üçün qəhvə içmək şərt deyil. 

Siçanlar üzərində edilən təcrübədə qəhvə ətrinin beynə siqnallar göndərərək stresi azaldan zülalların istehsalını təmin etdiyi məlum olub. Yəni bu məqsəd üçün içilən qəhvənin nəticəsi onu qoxulamaqla eynidir.
 
Filmlərdəki kimi görünsə də, bəzən özümüzü qorumaq məqsədiylə  qorxunun da qoxusunu hiss edə biləcək şəkildə inkişaf etmişik. Bədənin digər üzvləri də bu qoxunu hiss edərək narahatlıq keçirir.
 
Kişilər bir qadının cinsi əlaqəyə istəkli olduğunu şüuraltında hiss etsələr də, qadının hamilə qalmağa hazır olduğunu qoxu ilə anlaya bilirlər. Bir təcrübədə kişilərə fərqli qadınların geydiyi qısaqol köynəklər iylədilib və hamiləlik dövründə qadınların geydikləri köynəklərdən gələn qoxu kişilər tərəfindən daha seksual, xoş olaraq xarakterizə edilib.
 
İtlər kimi insanlarda da bir qoxunun qaynağını izləyən bioloji xüsusiyyətlər mövcuddur. Biz doğuşdan bu qabiliyyətlə doğuluruq və başımızı çevirmədən qoxunun yerini təsbit edə bilirik. Lakin heyvanlardakından fərqli olaraq biz bu xüsusiyyətimizi inkişaf etdirə bilmirik.

Bir çoxumuz qoxunun bizə hansısa hadisələri xatırlatdığını bilirik. Hətta mümkündür ki, qoxu duyğusu olmadan xatırlamayaq. Misal üçün, işdə olarkən bənövşə gülü iyləyib imtahanda olanda da həmin bitkini iyləsəniz, xatırlamaq istədiyiniz şey daha rahat yadınıza düşəcək.
 

ŞƏRH YAZIN