Səhər Yuxudan Oyanmaq Çətin Olduqda.

0
3610
Səhər Yuxudan Oyanmaq Çətin Olduqda.

Səhərlər yuxudan oyanaraq, işə vaxtında gəlib çatmaq sizin də başlıca probleminizdirsə, bu məqalə sizə faydalı olacaq.

Nahar fasiləsi zamanı gəzintiyə çıxın. Ümumiyyətlə, açıq havada mümkün qədər çox zaman keçirməyə çalışın. Bununla sağlam yuxu və rahat oyanmaq şanslarınızı artırmış olursunuz.
 
Səhərlər qaçmaq, axşam isə fitneslə məşğul olmağı unutmayın. Yaza qədər erkən oyanmaları təxirə salın, indi isə idmanla axşamlar məşğul olun. Bəzi araşdırmalara görə, axşam idmanları hətta daha çox effektivdir.

20:00-dan sonra televizora baxmamağa çalışın. Elektron kanalların mavi rəngi— melatoninin, yuxunun və sutka ritminin əsas tənzimləyicisinə mənfi təsir edir.

Yatmaq istəyirsinizsə, yatın. Hətta fikrinizcə, hələ çox tez olsa da. Unutmayın ki, yuxuda keçirdiyiniz əlavə saatlar növbəti iş gününü gümrah keçirməyinizə kömək edəcək.
 
Yatarkən pəncərəni açıq qoymağa çalışın və daha yaxşı yatdığınızı müşahidə etmiş olacaqsınız.
 
Zəngli saatınızı çarpayıdan mümkün qədər uzaq məsafəyə qoyun.
 
Böyük məqsədlər təyin edin. Əgər səhərlər erkən qalxmaq üçün real səbəbiniz varsa və daha çox şey yerinə yetirməlisinizsə, oyanmağınız daha asan olacaq.
 
Səhərlər işığı mümkün qədər tez yandırmağa çalışın. İşıq melatoninin yaranmasını ləngidəcək.
 
Səhər yeməyindən öncə bir stəkan su için. Bu çox sadə, lakin effektiv üsuldur. Bu nəinki, sizi oyadacaq, həmçinin həzm sistemini qida qəbuluna hazırlayır.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN