Tənbəllik, lazımsız xərclər və ətrafdakı uğursuzlar – sizi varlı olmaqdan uzaqlaşdıran amillərin yalnız bir neçəsidir.
Hərəkətsizlik
Həyat – acıdır. Lakin əgər siz bunu dəyişmək üçün heçnə etməsəniz bu belə də davam edəcək. Bu səbəbdən bu andan öz gələcəyinizi dəyişə bilən bir işə başlayın.
Ölçü hissinin olmaması
Vaxtında dayanmaq mədəniyyətini öyrənmək o qədər də asan deyil. Bu xüsusən də pul xərcləməyi sevənlərə aiddir. Əgər siz qeyd etdiklərimizdənsiniz isə özünüzü ciddi nəzarətə alın. Əks halda siz heç bir zaman milyoner olmayacaqsınız.
Oxumağa tənbəllik
Tənbəllik etməyin və oxuyun. Öyrəndiyinizin nə olacağı vacib deyil, əsas inkişafınız daimi olsun.
Heçnəyə həvəs yoxdur
Siz işləyir və axşamlar yorğun evə qayıdırsınız. Sizin ilk fikriniz divanda uzanıb televizora baxmaqdır? Sizin istirahət etdiyiniz zamanda başqaları daşdan pul çıxardırlar.
Ətrafdakı uğursuzlar
Əgər sizin dostlarınız hər səhər yol pulu dilənəndirsələr, sizin onların ətrafında işiniz yoxdur. Evripid deyib: “Mənə dostunu göstər, deyim sən kimsən”.
Mal dəyəri bilməmək
İlk dəfə smartfonsuz niyə qaldığınızı xatırlayırsınız? Bəli bəli, insanlar yalnız nəyisə itirəndən sonra ona dəyər verirlər. Əlinizdə olanları qoruyun və dəyər verin.
Lazımsız xərclər
Ay ərzində siqaret, çayxana, pivəyə xərclədiyinizi hesablayın. Alınan məbləğdən şoka düşəcəksiniz. Bunun yerinə lazımsız xərclərdən imtina edin və yalnız alanda sizə lazım olanı əldə edin.
Yığmağa həvəs yoxdur
Növbəti yay gəldi və sizin Maldiv adalarındakı istirahət arzunuz yenə ürəyinizdə qaldı? Hamısı sizin il boyu lazımsız xərclərə yol verməyiniz və pul yığa bilməməyinizdən irəli gəlir.
Düzgün olmayan qənaət
Belə bir deyim var: “Ucuz şey alacağım qədər varlı deyiləm”. Bu nə deməkdir? Misal üçün geyim. Pis keyfiyyətə malik olan geyimlər daha tez korlanır və nəticədə hər mövsüm geyim almaq məcburiyyətində olursunuz. Sizcə qənaət etmək olar?
Vərdiş
Siz artıq kasıbçılığa vərdiş etmisiniz. Sizə nədəsə özünüzə imtina etmək, nəyisə əldə etməyə çalışmaqdan daha asandır. Məhz buna görə sizin həyatınızda heç bir şey dəyişmir.