Subaykən Bunları Edin

0
1732
Subaykən Bunları Edin

Bir neçə ay subaylığın dadını çıxarın;
Sevgilinizdən yeni ayrıldığınızda özünüzü tez yeni bir əlaqənin qollarına atmaq yerinə dayanıb bir az gözləyin. Uzun müddətdir etmək istədiyiniz, sizi xoşbəxt edəcək fəaliyyətlərə yönəlin. Subay olmanın dadını çıxararkən, özünüzü ictimai mühitlərdən soyutmayın. Qatılmaq istədiyiniz bütün partilərə gedin, dostlarınızın dəvətlərini qiymətləndirin, yeni mühitlər kəşf edin. Başınız və ürəyinizi yeni bir əlaqəyə hazır olana qədər gözlədiyinizdə səhv bir addım atmamağı bacararsınız.

Ən yaxın dostlarınızla tətilə çıxın;
Sevgiliniz ya da həyat yoldaşınız olduğunda ən yaxın qız dostlarınızla tətilə çıxma fürsətini çox  tuta bilməzsiniz. Hazır ürəyiniz və ağlınız tamamilə boşkən ən yaxın yoldaşlarınızla bir tətil planı edin. Yeni şəhərlər kəşf etməyin dadını bir də yaxın dostlarınızlaykən çıxarın!

Özünüzü kəşf edin;
Özünüzü tanımaya, fərqli istiqamətlərinizi kəşf etməyə, daha əvvəl etdiyiniz səhvləri nəzərdən keçirməyə fürsət tanıyın. Hədəflərinizi təyin edin, həyatdan nə gözlədiyinizin planını edin. Qısacası bu təklik macərası boyunca özünüzdə kəşfə çıxın. Yeni bir əlaqəyə başladığınızda özünüzdəki dəyişməni görüncə təəccüblənəcəksiniz.

Formaya düşün;
Ruhunuzu yenilərkən xarici görünüşünüzə də kiçik toxunuşlar edin. Uzun müddətdir getməyə heç cür vaxt tapa bilmədiyiniz idman salonuna gedin və incəlməyə dərhal başlayın. Sağlam bir qidalanma proqramı əldə edərək həyat keyfiyyətinizi yüksəldin.

Yeni insanlarla tanış olun;
Hazır təkkən yeni insanlarla tanış olma fürsətini qaçırmayın. Qatıldığınız ictimai mühitlərdə ünsiyyətinizi gücləndirin və insanlarla danışmaqdan çəkinməyin. İctimailəşərkən bəlkə də həyatınızın eşqinizi kəşf edəcəksiniz! Utancaq olmayın və mütləq fürsətləri qiymətləndirin.

 

Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN